Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-roma güləşi üzrə reytinq turnirində Azərbaycan təmsilçisi Rəşad Məmmədov (55 kq) möhtəşəm qələbə qazanaraq finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsində Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşan güləşçimiz gərgin mübarizədən qalib ayrılıb. Görüşün sonunadək əzmkarlıq nümayiş etdirən Məmmədov rəqibini 6:5 hesabı ilə məğlub edib.
16:59
İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində yunan-Roma güləşi üzrə Azərbaycan güləşçisi Rəşad Məmmədov Qazaxıstan təmsilçisi Arsen Juma üzərində qələbə qazanaraq (9:3) yarışın yarımfinalına yüksəlib.
Finala vəsiqə uğrunda keçiriləcək görüşdə Azərbaycan güləşçisi Hindistan idmançısı Lalit Lalit ilə qarşılaşacaq.
16:18
Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri davam edir, burada yunan-Roma güləşi üzrə Azərbaycan güləşçiləri start görüşlərində beş qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, 55 kq-a qədər çəki dərəcəsində Rəşad Məmmədov Qırğızıstan təmsilçisi Ulan Muratbek Uuluna qalib gələrək dörddəbir finala yüksəlib və burada qazaxıstanlı Arsen Juma ilə qarşılaşacaq.
60 kq kateqoriyasında Nihat Məmmədli amerikalı Maksvel Bleki məğlub edib və 1/4 finalda qazaxıstanlı Yerbol Kamaliyevlə mübarizə aparacaq. Nihad Quluzadə də turnirə uğurla başlayıb, qazaxıstanlı Akjol Tuyakovu üstələyib və dörddəbir finalda türkmənistanlı Azatcan Açilovla görüşəcək.
72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Ranaya qalib gəlib və növbəti raundda macarıstanlı Kriştian Vantsa ilə qarşılaşacaq. 82 kq kateqoriyasında Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayev üzərində qələbə qazanıb və dörddəbir finalda qırğızıstanlı Akjol Mahmudovla güləşəcək.
Qeyd edək ki, 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Qiorqi Meliyaya sonuncu alınan xal prinsipinə görə məğlub olub - 2:2.
14:53
Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turnirində Azərbaycanın yunan-roma güləşçiləri növbəti görüşlərinə çıxıblar.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Ulan Muratbek Uulu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə üstələyən güləşçimiz 1/4 finala vəsiqə qazanıb.
82 kq çəki dərəcəsində çıxış edən Tuncay Vəzirzadə də uğurlu startı ilə yadda qalıb. O, Qazaxıstan idmançısı Almir Tolebayevlə qarşılaşmada inamlı təsir bağışlayaraq 4:0 hesablı qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb.
Lakin 97 kq çəkidə yarışan Məhəmməd Əhmədiyev üçün turnir uğursuz yekunlaşıb. Təsnifat mərhələsində UWW bayrağı altında çıxış edən Artur Sarksyanla qarşılaşan güləşçimiz rəqibinə 2:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
12:16
Albaniyanın paytaxtı Tiranada keçirilən "Məhəmməd Malo" reytinq turniri davam edir. Yarışın sonuncu günündə Azərbaycanın yunan-roma güləşi üzrə millisinin doqquz üzvü qüvvəsini sınayacaq.
İdman.Biz xəbər verir ki, idmançılarımız altı çəki dərəcəsində mübarizəyə qoşulacaqlar. 55 kq çəkidə Rəşad Məmmədov 1/8 finalda Ulan Muratbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. 60 kq çəki dərəcəsində iki təmsilçimiz xalçaya çıxacaq: Nihat Məmmədli Maksvell Hopper Blek (ABŞ), Nihad Quluzadə isə Akjol Tuyakov (Qazaxıstan) ilə 1/8 finalda üz-üzə gələcək.
72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Sourav Rana ilə, 82 kq-da Tuncay Vəzirzadə isə Almir Tolebayevlə (Qazaxıstan) 1/8 finalda güləşəcək. 97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finaldan, Məhəmməd Əhmədiyev isə 1/16 finalda Artur Sarksyanla (UWW) mübarizəyə başlayacaq.
Ağır çəkidə (+130 kq) Beka Kandelaki 1/8 finalda Alimxan Sızdıkov (Qazaxıstan), Sərxan Məmmədov isə Əli İlyasov (UWW) ilə qarşılaşacaq.
Hazırda Azərbaycan yığmasının aktivində altı medal var. Ziya Babaşov (63 kq) qızıl, Sakit Quliyev və Rəşid Babazadə gümüş, İslam Bazarqanov, Cəbrayıl Hacıyev və Arseni Djioyev isə bürünc medal qazanıblar.