top
Penta-trik və ya Azərbaycan idmanında yeni rekord – TƏHLİL İdman.biz
12 may 2024, 09:00
- +

Penta-trik və ya Azərbaycan idmanında yeni rekord – TƏHLİL

Azərbaycan idmanı tarixində yeni rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu nailiyyətə Mariya Stadnik imza atıb.

Qadın güləşi üzrə Azərbaycan millisinin lideri 5-ci dəfə Olimpiadaya lisenziya qazanan ilk idmançı kimi ölkəmizin tarixinə düşüb. O, buna İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququnu qardaş Türkiyədə əldə edib. Fransa paytaxtındakı yarış onun karyerasında ardıcıl 5-ci Olimpiada olacaq.

Mariya Parisə qədər 4 belə yarışa qatılıb. O, əvvəlki şanslarının hamısında medal əldə edib.

Güləşçimiz Pekin-2008 və Tokio-2020-də bürünc medal qazanıb. İdmançımız London-2012 və Rio-2016-da yalnız finalda uduzaraq gümüşlə kifayətlənib.

Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısı artıq iştirak sayında da mütləq rekordçudur. O, 4 dəfə Oyunlarda iştirak edən İradə Aşumovanı geridə qoyub. Güllə atıcımız Atlanta-1996, Afina-2004, Pekin-2008 və London-2012-yə qatılıb. Snayperimiz bu yarışlarda bir bürünc əldə edib.

Qeyd edək ki, Mariya Paris-2024-ə Tokio-2020-də də çıxış etdiyi 50 kq çəkidə lisenziya qazanıb. O, ilk üç Olimpiadasında 48 kq çəkidə mübarizə aparıb.

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər