top
Nihat Məmmədli yarımfinalda məğlub olub - YENİLƏNİR + FOTO/VİDEO Idman.biz
21 aprel 2026, 19:02
- +

Nihat Məmmədli yarımfinalda məğlub olub - YENİLƏNİR + FOTO/VİDEO

60 kq çəki dərəcəsində final uğrunda mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli yarımfinalda məğlub olub.

16:22

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Moldova təmsilçisi Mihail Bradu üzərində 5:4 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Digər təmsilçimiz Həsrət Cəfərov (67 kq) Bolqarıstanlı Abu Muslim Amayevə "tuş"la qalib gələrək yarımfinala vəsiqə əldə edib.

Güləşçimiz Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda rusiyalı Artur Sarqsyana (UWW) 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Nihat Məmmədli də yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:57

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, idmançımız Ukrayna təmsilçisi Vladislav Kuzkonu 5:0 hesabı ilə məğlub edib.

Bununla da Nihat Məmmədli yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:51

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında məğlub olub.

İdman.Biz xəbər verir ki, idmançımız 1/4 finalda rəqibi Gaspar Terteryana 1:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:03

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kq) isveçli Niklas Oehləni 5:1, Murad Əhmədiyev (97 kq) isə xorvatiyalı Filip Smetkonu 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, hər iki güləşçi 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Ruslan Nurullayev və Qurban Qurbanov da 1/4 finala vəsiqə qazanıblar.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

14:19

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Bolqarıstan təmsilçisi Svetoslav Nikolovu 7:3 hesabı ilə məğlub edib.

Beləliklə, Q.Qurbanov 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Ruslan Nurullayev də 1/4 finala vəsiqə qazanıb.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:35

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Finlandiya təmsilçisi Arvi Savolayneni 7:3 hesabı ilə məğlub edib.

Beləliklə, M.Əhmədiyev 1/8 final mərhələsinə yüksəlib.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:19

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Ukrayna təmsilçisi Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib.

Beləliklə, R.Nurullayev 1/4 final mərhələsinə yüksəlib.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:37

Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:05

Arsen Ağcabəyov “Şəfa”ya keçidi Haqqında Danışdı

Futbol
Bu gün, 11:47

Bekhem və Tom Kruz ABŞ millisinin mundialdakı ilk oyununu izləyiblər

Basketbol
Bu gün, 11:45

Azərbaycanın 3x3 basketbol milliləri Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayır

Basketbol
Bu gün, 11:27

Azərbaycanın 3x3 basketbol milli komandaları Avropa Kubokuna vəsiqə uğrunda mübarizəyə başlayır

Futbol
Bu gün, 11:12

İran millisinin məşq etdiyi stadionun yaxınlığında çürümüş meyit tapıldı

Futbol
Bu gün, 11:00

„Şəfa“a keçən Arsen Ağcabəyov: „Klubda inkişaf etmək üçün yaxşı şərait var“

Voleybol
Bu gün, 10:38

Azərbaycan voleybol yığmaları Avropa Liqasındakı növbəti matçlarına hazırlaşır

Futbol
Bu gün, 10:23

İngiltərə millisinin əşyalarının oğurlanması ilə bağlı iki nəfər saxlanılıb

Futbol
Bu gün, 09:57

Dünya çempionatında futbol matçları: Türkiyə millisi Avstraliya ilə qarşılaşır

Futbol
Bu gün, 09:40

ABŞ-li müdafiəçi Kris Riçards mundialda unikal statistik göstəriciyə imza atdı

Futbol
Bu gün, 09:30

DÇ-2026: ABŞ - Paraqvay matçında tarixi qərar

Futbol
Bu gün, 09:20

Federiko Kyeza “Napoli”yə keçə bilər

Futbol
Bu gün, 09:00

Robert Levandovski MLS klubu ilə müqavilə imzalamaq üçün ABŞ-a səfər edib

Futbol
Bu gün, 08:40

Nottinqem Forest İnterə 25 milyon avro təklif edib

Futbol
Bu gün, 08:22

DÇ-2026: ABŞ milli komandası Paraqvayı 4:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 08:04

Ceyms Trafford “Mançester Siti”dən ayrılmağa yaxındır

Digər
Bu gün, 08:00

İran millisinin təlim bazasının yaxınlığında cəsəd tapıldı

Futbol
Bu gün, 07:13

ABŞ DÇ-2026-da ilk qələbəsini qazandı

Futbol
Bu gün, 07:13

Barselona Bredli Barkolaya 50 milyon avro təklif edəcək

Futbol
Bu gün, 06:42

DÇ-2026: İngiltərə millisinin təlim bazasında oğurluq hadisəsi

Futbol
Bu gün, 06:17

Bavariya Nataniyel Braunun transferi üçün rekord məbləğ ödəməyə hazırlaşır

Futbol
Bu gün, 05:11

Kanada milli futbol komandası tarixi nailiyyətə imza atıb

Digər
Bu gün, 04:15

Hakerlər FBI dronları ilə DÇ-2026-ya hücum etməklə hədələyirlər

Futbol
Bu gün, 03:12

Martin Demikelis “RB Leypsiq”ə baş çəkiyəcək

Oxşar xəbərlər