Dünya Qadın Seriyasında Marseldəki çempionluqdan sonra "Neftçi" klubu ümumi xallarının sayını 352-yə çatdırıb
İdman.Biz bildirir ki, bununla komanda reytinqdə ilk sıraya yüksəlib.
"Neftçi"nin hazırda ən yaxın izləyiciləri turnirdə mübarizə aparan Almaniya millisi (328 xal) və Monqolustanın "Ulaanbaatar Amazons" klubudur (320 xal).

Xatırladaq ki, turnirin Marsel mərhələsində "Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10, finalda isə Kanadaya 19:15 qalib gələrək yarışın qalibi olub.
Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.