top
İlkin Qurbanov U-23 Avropa Çempionatındakı Bürünc Medalı və Gələcək Hədəfləri Haqqında Idman.biz
15 mart 2026, 15:28
- +

İlkin Qurbanov U-23 Avropa Çempionatındakı Bürünc Medalı və Gələcək Hədəfləri Haqqında

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında bürünc medal qazanan İlkin Qurbanov 63 kq çəki dərəcəsində ilk beynəlxalq yarışını keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə idmançı report.az-a açıqlamasında bildirib.

O, yeni çəki dərəcəsində debütünə baxmayaraq, nəticədən razı qaldığını qeyd edib: "Şükür Allaha ki, vətənimizə medalsız qayıtmırıq. Hər bir idmançı kimi bura qızıl medal üçün gəlmişdik, amma qismət belə oldu. Məşqçilərin mənə verdiyi şansı az da olsa doğrultdum. Bu, mənim 63 kq çəkidə ilk mötəbər yarışım idi. Əvvəllər 60 kq-da güləşirdim. Buna baxmayaraq, bürünc medal qazanmağı bacardım. Dəstəyə görə, Azərbaycan Güləş Federasiyasına, şəxsi məşqçimə, həmçinin MOİK klubuna və ailəmə təşəkkür edirəm".

İlkin bürünc medal uğrunda keçirdiyi çətin görüşdən və rəqibindən söz açıb: "Ən çətin görüşüm elə bürünc medal uğrunda gürcü rəqibimə qarşı oldu. O, əslində 67 kq çəkidə yarışan idmançıdır və bura gəlmək üçün çox çəki salmışdı. Məşqçilərim mənə tapşırdı ki, rəqib həddindən artıq çəki saldığı üçün onu temp və aktiv güləşlə yormaq lazımdır. Mən də tapşırığa əməl etdim, rəqibi yordum və qalib gəldim".

Güləşçi növbəti əsas hədəfinin dünya çempionluğu olduğunu vurğulayıb: "Hazırlıq üçün hər bir şəraitimiz var idi, Göygöldə və Bakıda yüksək səviyyəli təlim-məşq toplanışları keçmişdik. İndi qarşıda zamanımız var. Əsas hədəfim bu bürünc medalı oktyabr ayında keçiriləcək U-23 dünya çempionatında qızılla əvəzləməkdir. Hər bir idmançı kimi mənim də ən böyük arzum Avropa, dünya və olimpiya çempionu olmaqdır".

Qeyd edək ki, İ.Qurbanov bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər