top
Birgül Soltanova və Jalə Əliyeva bürünc medal uğrunda güləşəcəklər - YENİLƏNİB + FOTO/VİDEO Idman.biz
23 aprel 2026, 19:51
- +

Birgül Soltanova və Jalə Əliyeva bürünc medal uğrunda güləşəcəklər - YENİLƏNİB + FOTO/VİDEO

65 kq çəkidərəcəsində mübarizə aparan güləşçimiz Birgül Soltanova yarımfinalda rusiyalı dünya ikincisi Alina Kasabiyevaya 10:11 hesabıyla məğlub olub və o da Jalə Əliyeva kimi sabah bürünc medal uğrunda güləşəcək.

19:19

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 57 kq çəki dərəcəsində mübaridə aparan güləşçimiz Jalə Əliyeva yarımfinalda türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olub. Təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək.

14:42

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova (65 kq) Tirana şəhərində keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız rumıniyalı, dördqat Avropa mükafatçısı Krista İntse üzərində 3:1 hesablı qələbə qazanıb.

Beləliklə, B.Soltanova yarımfinal mərhələsinə yüksəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman.Biz (@idmanbiz)

Digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) isə 1/4 finalda rusiyalı Amina Tandelovaya (UWW) 0:5 hesabıyla məğlub olub.

Bundan başqa, Jalə Əliyeva da yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının yarımfinalında Türkiyə təmsilçisi Elvira Kamaloğlu ilə qarşılaşacaq.

Digər təmsilçimiz Birgül Soltanova (65 kq) isə eyni yarışda UWW komandasından Alina Kasabiyeva ilə üz-üzə gələcək.

Avropa çempionatının yarımfinal qarşılaşmaları yerli vaxtla saat 18:45-də "İctimai" TV-də yayımlanacaq. Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:59

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Finlandiya təmsilçisi Yenna Hemiaeni "tuş"la məğlub edib.

Beləliklə, J.Əliyeva 1/2 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:35

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Ukrayna təmsilçisi İlona Prokopevniukanı 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib.

Beləliklə, R.Məmmədova 1/4 final mərhələsinə yüksəlib.

Eyni mərhələyə Jalə Əliyeva da vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

13:09

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız Almaniya təmsilçisi Amori Andrixi "tuş"la məğlub edib.

Beləliklə, J.Əliyeva 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:33

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşacaq.

Ruzanna Məmmədova (62 kq) Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
02 iyun 2026, 01:16

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəldi

Basketbol
01 iyun 2026, 22:59

Millimiz Dünya Kubokunda iki oyun keçirib: qələbə və məğlubiyyət - YENİLƏNİB

Futbol
01 iyun 2026, 20:27

Messi zədə səbəbindən Hondurasla matçı buraxacaq

Futbol
01 iyun 2026, 20:18

Qadın milli komandası Fəxri Xiyabanda Ulu Öndərin və Zərifə Əliyevanın xatirəsini yad edib

Futbol
01 iyun 2026, 20:04

Barselona"nın sabiq futbolçusu İnyesta BƏƏ-nin "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edildi

Futbol
01 iyun 2026, 19:58

Yoşko Qvardiol: "Mançester Sitidə xoşbəxtəm"

Futbol
01 iyun 2026, 19:49

Türki Əl-Şeyx "Derbi Kaunti" klubuna investor ola bilər

Basketbol
01 iyun 2026, 19:35

Qadın Basketbolçularımız Dünya Kubokuna Qələbə ilə Başladı

Futbol
01 iyun 2026, 19:28

Ceyms Milner karyerasını başa vurdu

Futbol
01 iyun 2026, 19:10

PSJ ümumi heyət dəyərinə görə dünyada liderdir

Güləş
01 iyun 2026, 18:59

Azərbaycanlı güləşçilər Xorvatiyada iki medal qazanıblar

Güləş
01 iyun 2026, 18:55

Taleh Məmmədov: U-15 güləşçilərin sağlam böyüməsi və uğurlu çıxışı üçün çalışırıq

Tennis
01 iyun 2026, 18:39

Serena Uilyams 2026-cı ildə tennisə qayıdır

Futbol
01 iyun 2026, 18:29

19 yaşlı Junior Kurpi Avropa nəhənglərinin maraq dairəsində

Güləş
01 iyun 2026, 18:23

Uşaqlar Hacı Əliyevi kürəyini yerə vurdu: Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günündə idman bayramı – FOTO/VİDEO

Futbol
01 iyun 2026, 18:08

"Şəfa" Rauf Hüseynli ilə maraqlanır

Futbol
01 iyun 2026, 18:05

PSJ azarkeşləri Mbappeni təhqir edirlər: "Mbappe fahişə oğludur"

Futbol
01 iyun 2026, 18:00

Del Pyerodan Kvaratsxeliya haqqında tərifləyici açıqlama

Futbol
01 iyun 2026, 17:52

"Sabah" Futbol Akademiyası Qusarda 35 istedadlı uşağı seçdi

Futbol
01 iyun 2026, 17:50

"Sabah" Futbol Akademiyasının Qusardakı seçmələri yekunlaşdı: 35 uşaq növbəti mərhələyə yüksəldi

Güləş
01 iyun 2026, 17:50

2026-cı ilin iyun ayına olan Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Futbol
01 iyun 2026, 17:46

"Turan Tovuz" Sadiq Şəfiyevi heyətdə saxlamayacaq

Futbol
01 iyun 2026, 17:40

Ansu Fati "Monako"ya transfer olunur

Boks
01 iyun 2026, 17:40

Kişi boksçulardan ibarət Azərbaycan millisi Çimkənddə təlim-məşq toplanışına yollanıb

Oxşar xəbərlər