Azərbaycan sumoçuları Șotlandiyanın Stirlinq şəhərində keçirilmiş Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata sahib çıxıb.
Azərbaycan millisi komanda yarışında da bürünc medal qazanıb.
Qeyd edək ki, bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda keçiriləcək.