top
Neftçinin baş məşqçisi bildirdi: Çempion olmaq üçün Araz-Naxçıvan üzərində daha böyük hesablı qələbə qazanmalıyıq Idman.biz
16 may 2025, 14:26
- +

"Neftçi"nin baş məşqçisi bildirdi: "Çempion olmaq üçün "Araz-Naxçıvan" üzərində daha böyük hesablı qələbə qazanmalıyıq"

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən "Neftçi" İK-nın baş məşqçisi İlkin Hacıyev çempionluq şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında 2024/2025 mövsümünün qalibi olacaqlarına inandıqlarını bildirib.

O, son iki matçın çətin keçəcəyini vurğulayıb: "Mövsümə yaxşı başlamışdıq. Sonradan İsa Atayevin zədələnməsi, bəzi futzalçıların komandadan getməsi və yeni gələnlərin uyğunlaşma üçün vaxta ehtiyac duyması işimizi bir qədər çətinləşdirdi. Bütün bunlara baxmayaraq, hazırda ikinci yerdəyik, "Araz-Naxçıvan"la arada 3 xallıq fərq var. Qarşıda biz iki çətin oyun gözləyir. "Araz-Naxçıvan" və "Baku Fire" ilə oynayacağıq. Həmin matçlara qələbə əzmi ilə çıxacağıq. Hər iki görüşdə əlimizdən gələni edəcəyik. Çempionluq üçün "Araz-Naxçıvan"ı daha çox top fərqi ilə məğlub etməliyik. Maksimum nəticəyə nail olmaq üçün bacardığımızı edəcəyik".

Hacıyev hazırda heyətdə zədəli futbolçuların olmadığını deyib: "Növbəti iki matça tam heyətlə çıxa bilərik. Düzdür, "Araz-Naxçıvan"la matça qədər bir həftə vaxt var. Amma hazırda hər şey qaydasındadır. Mövsümün sonuna yaxınlaşdığımız üçün psixoloji və fiziki baxımdan müəyyən yorğunluq ola bilər. Lakin ümid edirəm ki, futzalçılarımız zədələnməyəcək və növbəti görüşə optimal heyətlə çıxacağıq".

Qeyd edək ki, "Neftçi" İK hazırda Yüksək Liqanın turnir cədvəlində 18 turdan sonra 43 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Araz-Naxçıvan"dan cəmi 3 xal geridədir.

"Neftçi" İK mayın 22-də keçiriləcək XIX turda Naxçıvan təmsilçisi ilə üz-üzə gələcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Bu gün, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Bu gün, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Bu gün, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Bu gün, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Bu gün, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Bu gün, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Bu gün, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Bu gün, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Bu gün, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Futbol
Bu gün, 19:32

Qvardiola ilə danışıqlar uğursuzluğa uğraya bilər

Formula 1
Bu gün, 19:01

Aston Martin Yenidən Mübarizəyə Qayıtmaq İstəyir

Basketbol
Bu gün, 18:46

Real Madrid Fənərbağça çempionu ilə müqavilə imzaladı

Futbol
Bu gün, 18:29

Nyukasl „Monako“nın futbolçusu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:16

Andrey Arşavin: Lamin Yamal heç vaxt Messi səviyyəsinə çata bilməyəcək

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kuboku 2026/27 mövsümü təqvimi

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kubok yarışlarının mövsüm təqvimi

Futbol
Bu gün, 18:00

Peşəkar Futbol Liqası 2026/27 Mövsümünün Təqvimini Açıqladı

Güləş
Bu gün, 17:45

U-15 qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Futbol
Bu gün, 17:40

Bornmut "Çelsi"nin Aleks Skottu transferi ilə bağlı 64 milyon funtluq təklifini qəbul etməyib

Futbol
Bu gün, 17:20

Lids Mançester Siti qapıçısı ilə maraqlanır

Futbol
Bu gün, 17:00

Xəzər Mahmudov “Xankəndi”yə keçib

Futbol
Bu gün, 16:45

Arsenal Kristos Tsolisi transfer edib

Oxşar xəbərlər