top
Mavritaniya Minifutbol Federasiyasının prezidenti Bakıdakı dünya çempionatının onu Qətərdəki dünya çempionatını xatırlatdığını bildirib – MÜSAHİBƏ Idman.biz
27 may 2025, 14:06
- +

Mavritaniya Minifutbol Federasiyasının prezidenti Bakıdakı dünya çempionatının onu Qətərdəki dünya çempionatını xatırlatdığını bildirib – MÜSAHİBƏ

Mavritaniya Minifutbol Federasiyasının prezidenti Yakub Douanın AZƏRTAC-a müsahibəsi

- Bakının ilk dəfə ev sahibliyi etdiyi mundialın təşkilatçılığı barədə nə deyə bilərsiniz?

- Bilirdim ki, Azərbaycan bu yarışa ciddi hazırlaşacaq. Çünki ölkənizin yığması da turnirin qalibi olmağa iddialı komandalardan biridir. Mən Qətərdə keçirilən futbol üzrə dünya çempionatını canlı izləmişdim. Bakıya gəldikdən sonra gördüm ki, həmin mundialın mini versiyası Azərbaycanda təşkil edilib. Oxşarlıq hiss etdim. Gözləntilərimdən də yaxşı səviyyədə təşkilatçılıq var. Hər şey idealdır.

- Turnirin keçirildiyi Milli Gimnastika Arenası haqqında fikirləriniz maraqlıdır...

- Burada idmançılar üçün gözəl şərait yaradılıb. Mən heyran qaldım.

- Mavritaniya millisi qrupun sonuncu oyununda Azərbaycana 0:2 hesabı ilə məğlub oldu. Həmin matçı necə şərh edərdiniz?

- Biz qrupun digər komandaları olan Bəhreyn və Sloveniya yığmaları arasında oyunun nəticəsinə əsasən Azərbaycanla matça rahat çıxa bilərdik. Lakin Bəhreynin qalib gəlməsi bizim də işimizi çətinləşdirdi. Buna görə də meydana qələbə üçün çıxmışdıq. Müdafiəyə daha çox diqqət yetirdik. Biz isə topu daha çox özümüzdə saxlamağı sevən komandayıq. Təəssüf ki, rəqibə çox top verdik və onlar bizə iki qol vurdular.

- Azərbaycan millisinin dünya çempionatındakı şanslarını necə qiymətləndirirsiniz?

- Turnirdə yaxşı komandalar çoxdur. Lakin Azərbaycan millisi ən güclü yığmalar arasındadır. Düzdür, kollektiv Bəhreynlə keçirilən ilk oyunda yaxşı mübarizə aparmadı, bu da üzərlərində olan təzyiqlə bağlı ola bilər. Ancaq bizə qarşı matçda çox şeyə qadir olduqlarını göstərdilər.

- Azərbaycan yığmasının heyətində bəyəndiyiniz futbolçular varmı?

- Elvin Əlizadə və Ramiz Çovdarovu fərqləndirə bilərəm. Elvin çox təcrübəli oyunçudur. Yəqin ki, yaşına görə bu, onun sonuncu turniri olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər