top
Futzal millisinin baş məşqçisi Araz-Naxçıvan oyunu və gələcək planlar barədə danışıb Idman.biz
18 oktyabr 2025, 19:46
- +

Futzal millisinin baş məşqçisi "Araz-Naxçıvan" oyunu və gələcək planlar barədə danışıb

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç "Araz-Naxçıvan"a qarşı göstərilən oyundan razı qalıb.

İdman.Biz xəbər verir ki, o, bunu Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Baş məşqçi bəzi detallar üzərində işlədiklərini bildirib:

"Vaxtımız çox az idi. Cəmi 3 gün təlim-məşq toplanışı keçirə bildik. Bu müddət ərzində iki məşqimiz və bir yoxlama oyunumuz oldu. Çalışdıq ki, müəyyən detallar - müdafiə olunmaq, ara məsafəsini azaltmaq, ayaqla ötürmələr və s. üzərində işləyək. Yaxşılaşdırmaq istədiyimiz elementlər var idi ki, onlara vaxt ayırdıq. Yoxlama oyununa gəldikdə, milli birinci hissədə yaxşı oynadı. Mübarizə apardı, verilən tapşırıqları icra etməyə çalışdı. Göstərdiyi oyuna görə komandadan razı qaldım. İkinci hissədə bir qədər güc tükəndi. Həm də gənclərə daha çox sanş verdik. Nəticə yaxşı olmasa da, toplanışın və oyunun xeyrimizə olduğunu qeyd edə bilərəm. Çünki gələcək üçün lazım olan detallar üzərində işlədik".

Baş məşqçi heyətin geniş olduğunu vurğulayıb:

"Bu toplanışda müəyyən səbəblərdən bizimlə olmayanlar var idi. Nurlan Məmmədov zədəli idi, Tofiq Əliyev də növbəti toplanışda bizə qoşulacaq. Heyətimiz genişdir və seçim edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi bu gün baş tutan yoxlama matçında Naxçıvan təmsilçisinə 2:6 hesabı ilə məğlub olub.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:29

"Roma" "Kalyari"ni məğlub edərək "Yuventus"la xallarını bərabərləşdirdi

Digər
Bu gün, 04:16

Reper Dreykin Superboulda 1 Milyon Dollarlıq Mərci Uduzması

Futbol
Bu gün, 03:15

"Real Madrid" investorları Superliqanı dəstəkləməlidirlər

Futbol
Bu gün, 02:26

Neymar karyerasını bitirə bilər

Futbol
Bu gün, 02:07

"Vilyarreal" "Espanyol" üzərində 4:1 hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:47

"Roma" "Kalyari"ni və "Atalanta" "Kremoneze"ni Məğlub Edib

Boks
Bu gün, 01:35

Ceyms Toni Usiki "orta səviyyəli" boksçu adlandırıb və onu nokaut edə biləcəyini iddia edib

Futbol
Bu gün, 01:15

Ndiaye Afrika Kubokunun Finalında Diasın Penalti Zərbəsini Hörmətsizlik Kimi Qiymətləndirib

Futbol
Bu gün, 00:53

Erik Şel "Real Madrid"in ilk afrikalı məşqçisi olmaq arzusunu açıqlayıb

Futbol
Bu gün, 00:34

A Seriyası: "Atalanta" "Kremoneze" üzərində qələbə qazanıb (2:1)

Futbol
Bu gün, 00:26

Nəqliyyat tətili "Bavariya" - "RB Leypsiq" matçına mane olmayacaq

Futbol
Bu gün, 00:08

Mikel Merino ayaq zədəsindən əməliyyat olunub və qayıdışa hazırlaşır

Futbol
Dünən, 23:55

"Neftçi" "Qəbələ" ilə oyuna iki futbolçusuz çıxacaq

Futbol
Dünən, 23:47

"Fənərbağça" "Gənclərbirliyi" üzərində qələbə qazanıb, "Kayserispor" məğlub olub, "Qaziantep" qalib gəlib

Futbol
Dünən, 23:33

Qurban Qurbanovun qızının toy mərasimi keçirilir

Digər
Dünən, 23:30

Həndbol üzrə çempionatda "Qarabağ" və "Bakı" həm məğlub oldu, həm də qalib gəldi

Futbol
Dünən, 23:17

"Renn" Futbol Klubunda Həbib Bey və Köməkçiləri Vəzifədən Kənarlaşdırılıb

Futbol
Dünən, 23:09

"Fənərbaxça" "Genclərbirliyi" üzərində 3:1 hesablı qələbə qazanıb

Futbol
Dünən, 23:01

Kurban Berdıyev "Kəpəz"lə oyundakı hərəkətinə görə üzr istəyib

Futbol
Dünən, 22:56

"Turan Tovuz" - "Karvan Yevlax" Matçının Video İcmalı (1:0)

Futbol
Dünən, 22:45

Kriştianu Ronaldu "Əl-Nəsr"də etirazını dayandırıb

Futbol
Dünən, 22:42

Real Madrid kapitanı Karvahala yeni müqavilə təklif etməyə bilər

Boks
Dünən, 22:30

Bəhram Rəcəbzadə "Glory 107"-də kəmər uğrunda Donovan Visse ilə döyüşəcək

Futbol
Dünən, 22:24

"İmişli" - "Kəpəz" matçının videoicmalı (0:0)

Oxşar xəbərlər