Gürcüstanlı mütəxəssis Kaxaber Sxadadzenin yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, 58 yaşlı məşqçi Latviyanın yüksək liqa təmsilçisi "Liepaya" klubunun baş məşqçisi təyin olunub.
Bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, Kaxaber Sxadadze Azərbaycanda "İnter" və "Qəbələ" klublarını çalışdırıb.