Bu gün Türkiyə Superliqasında 12-ci turda maraqlı oyunlar olub.
Sportify.az xəbər verir ki, Azərbaycanda da kifayət qədər azarkeşi olan komandalar – “Qalatasaray” və “Fənərbağça” meydana çıxıb.
“Samsunspor”la qarşılaşan “Qalatasaray” 2:1 hesablı qələbə qazanıb. “Aslanlar” bununla da doğma meydanda məğlubiyyətsizlik seriyasını 42 oyuna çıxararaq öz rekordlarını yeniləyiblər.
“Fənərbağça” isə səfərdə “Kocaelispor”la 2:2 hesablı heç-heçə edib.
12 turdan sonra “Qalatasaray” 31 xalla liderliyini davam etdirir. 20 xalı olan “Fənərbağça” isə 5-ci yerdədir.