top
FHN qurumları arasında minifutbol çempionatının qalibləri mükafatlandırılıb Lent.az
23 may 2026, 12:13
- +

FHN qurumları arasında minifutbol çempionatının qalibləri mükafatlandırılıb

18-22 may 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun açıq hava stadionunda Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.

Lent.az xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 12 komandasından 130-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub. Mayın 22-də yarışlara yekun vurulub və mükafatlandırma mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, 

Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Bakı Regional Mərkəzinin (BRM) komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn XRXX-nin komandası yarışın çempionu adına yiyələnib.

Çempionatda ən yaxşı qapıçı Fərid Ağayev (XRXX), ən çox qol vuran oyunçu Elvin Şükürov (XRXX), əzmkar komanda isə Bakı Regional Mərkəzinin komandası olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Rasim Əlizadə, Fəqan Şahbazov, Azad Lalayev və Nihat Əmirli, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər