top
Araz-Naxçıvanın məqsədi UEFA Çempionlar Liqasında qrupdan çıxmaqdır Report.az
29 oktyabr 2025, 12:27
- +

"Araz-Naxçıvan"ın məqsədi UEFA Çempionlar Liqasında qrupdan çıxmaqdır

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Rumıniyanın "Yunayted Qalati" komandası ilə üz-üzə gələcək "Araz-Naxçıvan"ın məqsədi turnirdə qrupdan çıxmaqdır.

Bunu "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov açıqlamasında deyib.

O, komandanın növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib:

"Təbii ki, hər rəqib məşqçilər korpusu tərəfindən təhlil olunub. Onlara uyğun taktika seçiləcək. Əsas rəqibimiz meydan sahibləri "Yunayted Qalati"dir. Həmişə öz komandama inanmışam. Məqsədimiz qrupdan çıxıb növbəti mərhələyə yüksəlməkdir. Güman edirəm ki, qarşıya qoyulan hədəfə çatacağıq. İlk oyun təbii ki, həyəcanlı olur. Amma komanda matça hazırdır".

Klub rəsmisi heyətdə zədəli futzalçının olmadığını da sözlərinə əlavə edib:

"Ötən gün yerli vaxtla saat 20:00-da Rumıniyaya çatmışıq. Axşam yüngül məşq keçdik. Əsas məqsəd meydança ilə tanış olmaq idi. Yaxşı, intensiv məşq alındı. Zədəli futzalçılarımız yoxdur. 14 oyunçunun hər biri sağlamdır. Komanda tam şəkildə oyuna çıxmağa hazırdır".

Qeyd edək ki, "Araz-Naxçıvan" – "Yunayted Qalati" görüşü Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər