top
“Zirə”nin hücumçusu: “İki sarı vərəqə məni narahat edirdi” - MÜSAHİBƏ Idman.biz
22 aprel 2026, 13:40
- ↺ +

“Zirə”nin hücumçusu: “İki sarı vərəqə məni narahat edirdi” - MÜSAHİBƏ

"Çox sevinirəm. Həm finala çıxdığımıza görə, həm də iki sarı vərəqəm var idi".

Bunu "Zirə"nin hücumçusu Eren Aydın futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"la bərabərə qaldınız. Qolsuz heç-heçəni necə şərh edərdiniz?

- Matçın çətin keçəcəyini bilirdik. "Turan Tovuz" yaxşı komandadır. Təbii ki, biz də. Oyun əsasən meydanın mərkəzində keçdi. Son 25 dəqiqədə rəqib bir qədər basqılı oynadı. Əks hücumda şanslarımız var idi. Əgər son ötürmələrdə dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.

- Xüsusən də bir epizodda top sizə gəlmədi və buna çox əsəbləşdiniz.

- Bəli, o dəqiqələrdə sakit qalmalı idik. Çünki ilk oyundan sonra üstünlüyümüz var idi. Cavab matçında isə qapımızı toxunulmaz saxlamalı idik. Qol vura bilsəydik, rəqib təslim olacaqdı.

- Amma qapınızda bir qol gördünüz...

- Həmin anda qolun ləğv olunacağına əmin idim. Çünki top rəqib futbolçunun əlinə dəymişdi. Hakim də VAR-a baxdıqdan sonra düzgün qərar qəbul etdi.

- Artıq finaldasınız. Təəssüratlarınız necədir?

- Çox sevinirəm. Həm finala çıxdığımıza görə, həm də iki sarı vərəqəm var idi. Cəzalı duruma düşdüyümü zənn edirdim. Sonradan bildim ki, qaydalara əsasən finalda vərəqələr silinir. Bu da məni ayrıca sevindirdi.

- Finalda rəqib qismində hansı komandanı görmək istərdiniz?

- Hər iki komanda çox güclüdür, həm "Qarabağ", həm də "Sabah". Finalda hansı düşsə, çətin olacaq. "Sabah" çempionatda daha yaxşıdır, liderdir. "Qarabağ"ın isə zəngin təcrübəsi var. Bu cür finalları çox görüblər.

- Həftə sonu çempionatda yenidən "Turan Tovuz"la qarşılacaqsınız. Çətin Tovuz səfərindən gözləntiləriniz?

- Kubokda ilk oyundakı nəticənin üstünlüyü var idi. Lakin çempionat matçında elə bir üstünlük olmayacaq. Çempionatda dördüncü pillədəki mövqeyimizi qorumalıyıq. Bu halda avrokuboklara gedəcəyimizi əminliklə söyləmək mümkündür. "Neftçi" arxadan gəlir. Onlar da bu həftə "Qarabağ"la qarşılaşacaqlar. Səfərdə alacağımız xal və xallar bizə Avropa yolunda çox kömək olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Oxşar xəbərlər