Bu gün "Zirə" UEFA Konfrans Liqasında ilk matçına çıxy.
İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı İİ təsnifat mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"unu qəbul edib.
8-ci km stadionunda ("Neftçi Arena") baş tutacaq matçda hesabı "Zirə" açıb. Brahim Konate fərqlənib. Fasilədən sonra daha yaxşı oynayan qonaqlar hesabı bərabərləşdiriblər. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
19:30. "Zirə" (Azərbaycan) – "Hayduk" (Xorvatiya) - 1:1
Qollar: Brahim Konate, 31 - Antoni Kalik, 68
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 5. Anje Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 9. David Volkov
Baş məşqçi: Rəşad Sadıqov
"Hayduk": 1. İviça İvuşiç, 32. Şimun Hrqoviç, 31.Zvonimir Şarlija, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 7. Antoni Kalik, 10. Marko Livaya (k)
Baş məşqçi: Qonsalo Qarsiya
Bakı, 8-ci km stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də baş tutacaq.
İdman.biz