Bu gün "Sumqayıt"la "İmişli" yoxlama oyununda üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.
Buna qədər "Araz-Naxçıvan"ın əvəzediciləri ilə qarşılaşan və 2:1 hesabı ilə qalib gələn "İmişli" "Karvan", "Qəbələ", "Şəfa", "Şamaxı" və "Sabah 2" ilə də üz-üzə gələcək.
İyulun 25-də Qəbələyə yollanacaq "Sumqayıt" isə orada 4 yoxlama matçı keçirəcək. Rəqiblərin adları hələ ki, açıqlanmayıb.