"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk matçında İrlandiya "Şelburn"unun qonağı olacaq.
Dublində baş tutacaq matçda Qurban Qurbanovun komandası favorit hesab olunur. Lakin ev sahiblərinin də ciddi müqavimət göstərəcəyi istisna deyil.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:1
Baş hakim: Ante Kulina (hamısı Xorvatiya)
Dublin, "Tolka Polka"
"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko
Baş məşqçi: Cosef O'brayn
"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.biz