top
Yuri Vernidub Neftçinin rəsmi saytına müsahibəsində gəlişi və hədəfləri haqda danışıb Sport24.az
13 dekabr 2025, 13:30
- +

Yuri Vernidub "Neftçi"nin rəsmi saytına müsahibəsində gəlişi və hədəfləri haqda danışıb

"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib. Ukraynalı mütəxəssis "Neftçi"yə gəlişi və hədəflər haqda danışıb.

 

- "Neftçi"yə gəlişiniz necə baş tutdu?

- Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma "Neftçi"dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki "Neftçi" böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi "Neftçi"yə qarşı oynamışam. "Neftçi" Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

 

- Artıq futbolçularla da tanış olmusunuz, komandanı bir neçə məşqə çıxarmısınız. İlkin təəssüratlarınız necədir?

- Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

 

- Qarşınıza hansı hədəflər qoyulub?

- Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, "Neftçi"yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə "Sumqayıt"la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

 

- "Neftçi" azarkeşlərinə sözünüz nədir?

- Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi "Neftçi" ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. "Neftçi"ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 22:43

Azərbaycan qadın basketbol millisi Bolqarıstanda darmadağınla məğlub olub

Güləş
Bu gün, 22:40

U-23 Avropa Çempionatı: Azərbaycan güləşçilərinin uğurları - YENİLƏNİR

Güləş
Bu gün, 22:37

Ali Tsokayev U-23 Avropa Çempionatında qızıl medal qazanıb

Futbol
Bu gün, 22:25

"Adana Demirspor" maliyyə problemlərinə görə FIFA tərəfindən cəzalandırılıb və liqadan kənarlaşdırılıb

Güləş
Bu gün, 22:24

Yeniyetmələrin güləş çempionatında sərbəst güləş üzrə finalçılar bəlli oldu

Olimpiada
Bu gün, 22:10

Beynəlxalq Kanoe Federasiyası rəhbərləri Bakıda avarçəkmə məşq bazası ilə tanış olublar

Digər
Bu gün, 22:02

İCF və ECA rəhbərləri Bakıda avarçəkmə bazasına baş çəkiblər

Olimpiada
Bu gün, 21:56

MOK-da Təhlükəsiz İdman Komissiyasının Yaradılması və Tərkibi

Futbol
Bu gün, 21:54

Hans-Diter Flikin azarkeş izdihamında uşağı xilas etməsi

Futbol
Bu gün, 21:38

"Quba" PFK-nın prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib

Güləş
Bu gün, 21:28

U-23 Avropa Çempionatı: Ceyhun Allahverdiyev gümüş medal qazandı, Azərbaycan güləşçiləri finalda - YENİLƏNİR

Voleybol
Bu gün, 21:26

"DH Volley" UNEC-i məğlub etdi, MAA "Gəncə" üzərində qələbə qazandı

Güləş
Bu gün, 21:23

Ceyhun Allahverdiyev U-23 Avropa Çempionatında Gümüş Medal Qazanıb

Boks
Bu gün, 21:14

Frensis Nqannu Ceyk Polun ağzını cırmaq istəyir: "Döyüş mənə maraqlı deyil"

Futbol
Bu gün, 20:48

Eden Azar VAR-ın ləğvini tələb edib: "VAR emosiyaları aradan qaldırır"

Güləş
Bu gün, 20:41

U-23 Avropa Çempionatı: Azərbaycanlı qadın güləşçilər finalda, sərbəst güləşçilərdən medallar - YENİLƏNİR

Güləş
Bu gün, 20:23

Gültəkin Şirinova U-23 Avropa Çempionatının finalında!

Futbol
Bu gün, 20:17

Qvardiola: "Real Madrid" Çempionlar Liqasında bizdən daha təcrübəlidir

Olimpiada
Bu gün, 20:17

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası yaradıldı

Voleybol
Bu gün, 20:02

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 17-ci turunda ilk oyun gününün nəticələri

Formula 1
Bu gün, 19:58

BYD Formula 1 və WEC-də iştirak variantlarını araşdırır

Futbol
Bu gün, 19:46

Rəhim Həsənov mübahisəli epizodlarla bağlı hakimlərin qərarlarını dəstəkləyib - VİDEO

Futbol
Bu gün, 19:46

Neymar təsadüfən modelin fotolarını bəyəndiyi üçün üzr istəməli oldu

Futbol
Bu gün, 19:37

Türkiyə Kuboku: 1/4 Final Püşkü Atıldı, "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça"nın Rəqibləri Bəlli Oldu

Oxşar xəbərlər