top
Vernidub Qarabağa məğlubiyyətə görə azarkeşlərdən üzr istədi Sport24.az
26 aprel 2026, 21:28
- ↺ +

Vernidub "Qarabağ"a məğlubiyyətə görə azarkeşlərdən üzr istədi

Misli Premyer Liqasının XXIX turunun "Neftçi" – "Qarabağ" oyunundan (1:5) sonra meydan sahibi komandanın məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

– "Qarabağ"la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Asan məsələ deyil, amma çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olsa, o gücə çata bilmərik. Futbolçular bunu nə qədər tez başa düşsə, nəticə də əlçatan olacaq. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət önəmli deyil. Matçda maksimum güc qoymaq lazımdır.

 

– "Qarabağ"ın yarımmüdafiə xəttinə qarşı hansısa planınız var idi?

 

– Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmədiyimizi düşünürsünüz? Kadi Borges, Yankoviç kimi futbolçular Çempionlar Liqasında böyük komandalara qarşı səviyyəsini göstərib. Bizim oyunçular da bu sualı özlərinə verməlidir. Onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər olaraq, bu sualı özümüzə verəcəyik. Həqiqətən, bu kimi oyunlarda taktiki aspektləri yaxşılaşdıra bilərik? Hər kəs bunu qəbul etməli, başa düşməlidir. Hər futbolçu öz ambisiyasını "Neftçi"dən öncə saxlamalıdır. Klub oyunçulardan böyükdür.

 

– "Qarabağ"ın start heyətində Musa Qurbanlı var idi. Bu gün onun qarşısını ala bilməməyiniz nə ilə bağlıdır?

 

– Suala necə cavab verəcəyimi bilmirəm. Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm.

 

– Bu hesabın dörd gündən sonra təkrarlanmaması üçün nə etmək lazımdır?

 

– Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəyə nail olarıq.

 

– Məğlubiyyət sona dörd tur qalmış komandaya inamsızlıq gətirə bilər?

 

– Psixoloji təsirlər olacaq, lakin peşəkar futbolçu belə məğlubiyyətlərdən qalxmağı bacarmalıdır.

 


– Danışığınızdan elə hiss olunur ki, futbolçularda intizamsızlıq var…

 

– Belə bir şey yoxdur. "Neftçi" böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəflərinə çatması üçün çalışmalıdır. Hamı başa düşməlidir ki, "Neftçi"də oynamaq üstünlükdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər