top
Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal matçları və Qarabağın şansları haqqında danışıb Idman.biz
21 aprel 2026, 15:54
- ↺ +

Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal matçları və "Qarabağ"ın şansları haqqında danışıb

"Yarımfinal mərhələsində mübarizə aparan bütün komandaların məqsədi finala yüksələrək kubokun qalibi olmaqdır. Hər kollektiv üçün cəmi bir oyun qalır və istənilən nəticə mümkündür. Hər şey həmin qarşılaşmalarda müəyyənləşəcək".

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçları barədə danışarkən deyib.

O bildirib ki, "Zirə" - "Turan Tovuz" duelində hələ heç nə həll olunmayıb.

"Cavab oyunlarıdır və kubokun taleyi demək olar ki, bir matçda həll olunur. İlk görüşdə müəyyən üstünlük əldə edilsə də, bu, yekun nəticə üçün həlledici deyil. "Zirə" bu gün öz meydanında çıxış edəcək, lakin rəqibin də ciddi hədəfləri var. Hesab edirəm ki, "Zirə"nin müəyyən üstünlüyü olsa da, ümumi mənzərədə şanslar bərabərdir və bizi maraqlı qarşılaşma gözləyir", - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

V.Sadıqov "Sabah" - "Qarabağ" oyunu barədə də fikirlərini bölüşüb: "Düşünürəm ki, "Qarabağ" mövsümü titulsuz başa vurmamaq və nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq. Bu mövsüm "Sabah"a qarşı oyunlarda istədiyi nəticələri hər zaman əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir".

AFFA rəsmisi qeyd edib ki, kubok oyunlarının spesifikası nəticələri əvvəlcədən proqnozlaşdırmağa imkan vermir: "İlk qarşılaşmaların nəticələrini də nəzərə alsaq, cavab matçlarında gərgin və rəqabətli oyunlar izləyəcəyik. "Sabah" həm çempionatda, həm də kubokda uğurlu çıxışını davam etdirmək niyyətindədir. "Qarabağ" isə son illərin ən stabil komandalarından biridir və yenə yüksək nəticə qazanmağa çalışacaq. Ümumilikdə, şansları bərabər qiymətləndirirəm".

Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşəcək. Yarımfinalın cavab matçında "Turan Tovuz" "Zirə"nin qonağı olacaq. İlk görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb. Digər cavab görüşü isə aprelin 22-də "Sabah" ilə "Qarabağ" arasında keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib - 2:2.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:09

Fiqu: “Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi olardı”

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Oxşar xəbərlər