Avropa Liqasının 1/8 final mərhələsinin "Real Betis" və "Panatinaikos" komandaları arasında cavab oyunu başa çatıb. Oyun "Estadio Benito Villamarín" stadionunda (Sevilya, İspaniya) oynanılıb. Ev sahibi komanda 4:0 hesabı ilə qalib gəlib.
İspan klubunun oyunçusu Aytor Ruibal səkkizinci dəqiqədə hesabı açıb. 45+1-ci dəqiqədə yarımmüdafiəçi Sofiane Amrabat "Betis"in üstünlüyünü artırıb. Hücumçu Kuço Ernandes 53-cü dəqiqədə hesabı 3:0 edib. 66-cı dəqiqədə Antoni dördüncü qolu vurub.
İlk oyun "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatıb və "Betis"in ümumi hesabda qələbə qazanaraq Avropa Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
1/8 finalın digər oyununda "Porto" "Ştutqart"ı məğlub edib – 2:0. İlk oyunda da 2:1 hesabı ilə qalib gələn Portuqaliya klubu növbəti mərhələyə adlayıb.
"Aston Villa" da öz meydançasında "Lill"i 2:0 hesabı ilə məğlub edib. İlk qarşılaşmada 1:0 hesabı ilə üstün olan ingilislər dörddəbir finala yüksəliblər.
00:40
Avropa Liqasının 1/8 final mərhələsinin ikinci oyunu "Midtyulland" (Danimarka) və "Nottingem Forest" (İngiltərə) arasında keçirilib. Əsas vaxtda hesab "Nottingem Forest"in 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Penaltilər seriyasında isə İngiltərə komandası 3:0 hesablı qələbə qazanıb.
İlk hissənin sonlarında ingilislərin yarımmüdafiəçisi Nikolas Dominqes hesabı açıb. İkinci hissənin əvvəlində yarımmüdafiəçi Rayan Yates "Nottingem Forest" komandasının üstünlüyünü artırıb. 69-cu dəqiqədə ev sahibi müdafiəçi Martin Erlix qol vurub.
Danimarka komandası ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.
23:55
Avropa Liqasının 1/8 final mərhələsinin "Lion" (Fransa) və "Selta Viqo" (İspaniya) arasında keçirilən cavab oyunu başa çatıb. Oyun "Groupama" stadionunda (Lion, Fransa) baş tutub. Qonaq komanda 2:0 hesablı qələbəsini qeyd edib.
"Selta"nın müdafiəçisi Xavi Rueda matçın ilk qolunu 61-ci dəqiqədə vurub. 90+3-cü dəqiqədə qonaq hücumçu Ferran Jutqla ikinci qolu vuraraq hesabı 2:0 edib.
İlk oyunda komandalar 1:1 hesablı heç-heçə ediblər. Beləliklə, İspaniya komandası Avropa Liqasının dörddəbir finalına yüksəlib.
1/8 final mərhələsinin digər matçında "Frayburq" (Almaniya) "Genk"i (Belçika) qəbul edib. Matç 5:1 hesabı ilə "Frayburq"un xeyrinə bitib.
İlk oyun 1:0 hesabı ilə "Genk"in xeyrinə qurtarmışdı. Beləliklə, "Frayburq" dörddəbir finala vəsiqə qazanıb.
10:07
Bu gün UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandalar müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsində yeddi qarşılaşma keçiriləcək.
Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
19 mart
21:45. "Frayburq" - "Genk"
(İlk oyun 0:1)
21:45. "Lion" - "Selta Viqo"
(İlk oyun 1:1)
21:45. "Midtyulland" - "Nottingem Forest"
(İlk oyun 1:0)
23:59. "Roma" - "Bolonya"
(İlk oyun 1:1)
23:59. "Aston Villa" - "Lill"
(İlk oyun 1:0)
23:59. "Real Betis" - "Panatinaikos"
(İlk oyun 0:1)
23:59. "Portu" - "Ştutqart"
(İlk oyun 2:1).