İtaliya A Seriyasının 2025/2026 mövsümünün 15-ci turu çərçivəsində "Udineze" ilə "Napoli" üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda vurulan yeganə qol 73-cü dəqiqədə Yurgen Ekkelenkampın aktivinə yazılıb və bu zərbə "Udineze"yə üç xal qazandırıb.
Matçda bundan əvvəl VAR-a baxıldıqdan sonra "Udineze"nin iki qolu ləğv edilib. 52-ci dəqiqədə Kinan Devisin, 69-cu dəqiqədə isə Nikolo Dzanyolonun fərqlənməsi qayda pozuntusu səbəbindən qeydə alınmayıb.
Bu nəticədən sonra "Udineze" A Seriyanın turnir cədvəlində 21 xalla 10-cu pillədə qərarlaşıb. "Napoli" isə 31 xalla ikinci yerdə qalmaqda davam edir.