Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların görüşü turun mərkəzi matçı hesab olunur. Aktivində 44 xal olan meydan sahibləri hazlırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sabah" isə 36 xalla 5-ci yerdədir.
"Boz qurdlar" qalib gələcəyi halda "bayquşlar"la xal fərqini bir qədər də artırıb, rahat nəfəs ala biləcək. Yox, qonaqlar qərb səfərindən qələbə ilə dönəcəyi təqdirdə qitəmiqyaslı turnirlərə yollanmaq üçün mübarizədə "mən də varam" deyəcək.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
17:00. "Turan Tovuz" - "Sabah" 0:1 (1-ci hissə)
Qol: A.Nuriyev, 14.
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 7. Boyan Letiç 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz. Şəhər stadionu.