Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycana səfər edəcək. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.
O, "Qarabağ" klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.