"Vasili Berezutskiyə Azərbaycan çempionatında çalışmaq maraqlı olacaq". Sport24.az xəbər verir ki, bu sözləri matchtv.ru. portalına açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin deyib.
Berezutskinin "Sabah"ın baş məşqçisi olmasına münasibət bildirən 77 yaşlı mütəxəssis Azərbaycan çempionatının inkişafda olduğunu da vurğulamağı da unutmayıb: "Hər liqanın özünə görə çətinliyi var. Vasiliyə yeni işində uğurlar arzulayıram. Premyer Liqanın aşkar lideri var ki, o da "Qarabağ"dı. Ondan başqa "Neftçi"ni də yaddan çıxarmaq olmaz. Orda ciddi rəqiblər var və futbolun səviyyəsi də yüksəkdi. Berezutski peşəkar ortamda çalışacaq. Onun futbolçu keçmişi, Azərbaycanda uğur qazanmasına kömək edəcək".
Qeyd edək ki, ötən gün "bayquşlar" rusiyalı məşqçi ilə 2,5 illik müqavilə bağlayıb.