FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Ferensvaroş" (Macarıstan) – "Malmö" (İsveç) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferensvaroş" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.