"Vasili baş məşqçi olmaq üçün yetişib".
İdman.biz xəbər verir ki, bunu tanınmış rusiyalı məşqçi Valeri Qazzayev deyib.
Moskva MOİK-inin sabiq çalışdırıcısı rəhbərliyi altında oynamış Vasili Berezutskinin "Sabah"ın baş məşqçisi təyin olunmasına münasibət bildirib: "Vasili bir çox tanınmış məşqçilərin köməkçisi kimi işləyib. Məsələn, Viktor Qonçarenko və Leonid Slutski ilə. Onun təcrübəsi var. O, müəyyən mərhələ keçib və onda inkişaf da var. Ümid edək ki, bizim daha bir güclü rusiyalı məşqçi olacaq".
Qeyd edək ki, Berezutski "Sabah"la 2,5 illik müqavilə bağlayıb.
İdman.biz