top
Tahir Gözəl: “Azarkeşlərimiz daha güclü “Qarabağ” görəcək” İdman.biz
Bu gün, 12:56
- +

Tahir Gözəl: “Azarkeşlərimiz daha güclü “Qarabağ” görəcək”

"Komandamız ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacaq. İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək".

İdman.biz xəbər verir ki, bunu "Qaraqbağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Avropa Liqasının Liqa mərhələsinin startı ərəfəsində klubun rəsmi saytına açıqlama verib. Tahir Gözəl İngiltərənin paytaxtı Londonda keçiriləcək "Tottenhem" – "Qarabağ" matçı barədə fikirlərini açıqlayıb: "Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. "Tottenhem" təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik".

Klub prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: "İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. "Qarabağ" azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü "Qarabağ" görəcək".

Tahir Gözəl sentyabrın 26-da "Tottenhem"lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib: "Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq".

Qeyd edək ki, "Tottenhem" – "Qarabağ" matçı sentyabrın 26-da keçiriləcək.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 15:20

UEFA AFFA rəsmisini Türkiyəyə göndərir

Futbol
Bu gün, 15:19

Derbidə qələbəyə görə 1,5 milyon MÜKAFAT

Basketbol
Bu gün, 15:09

“Lənkəran”nın baş məşqçisi: “Pley-offa yüksəlmək pis olmazdı”

Futbol
Bu gün, 15:05

Millimiz UEFA İnkişaf Turnirində iştrak edəcək

Basketbol
Bu gün, 14:58

Azərbaycan Basketbol Federasiyası yeni ünvanda - VİDEO

Voleybol
Bu gün, 14:55

"Azərreyl" heyətini gücləndirib

Futbol
Bu gün, 14:37

Elçin Məmmədov “Fənərbağça”nın oyununda

Futbol
Bu gün, 14:35

"Qarabağ"a UEFA-dan 28 500 avroluq cərimə

Futbol
Bu gün, 14:15

Tahir Gözəl: “Səfərdəki görüşün nəticəsindən asılı olmayaraq,..”

Basketbol
Bu gün, 14:04

"Naxçıvan" türkiyəli basketbolçu ilə güclənib

Şahmat
Bu gün, 13:59

14-cü cəhd: Tarixdə 5-ci dəfə - TƏHLİL

Digər
Bu gün, 13:55

Atletimizdən Gürcüstanda uğurlu nəticə

Voleybol
Bu gün, 13:50

"Azərreyl"də yeni voleybolçu

Digər
Bu gün, 13:49

Çempion komandanın stadionunu yandırdılar - VİDEO

Basketbol
Bu gün, 13:49

"Abşeron"dan növbəti transfer

Futbol
Bu gün, 13:35

Duda Vüqar Həşimov Memorialında olmayacaq

Futbol
Bu gün, 13:18

"Qarabağ"ın qarşısını kəsib, uğursuzluq zolağına düşüb

Futbol
Bu gün, 13:15

“Partizan”ın stadionu alova büründü

Futbol
Bu gün, 13:12

PFL-dən YENİLİK

Digər
Bu gün, 13:01

Badmintonçularımızdan 16 medal

Futbol
Bu gün, 12:55

"Kəpəz" yayda "rənglərinə bağladığı" legionerlə yolları ayırıb

Basketbol
Bu gün, 12:43

Turgay Zeytingöz: “Komandalarda oyunçu və baş məşqçi keyfiyyəti artırılıb” - FOTO - VİDEO

Futbol
Bu gün, 12:35

"Roma"nın idman direktoru azarkeşlər görə istefa verib

Oxşar xəbərlər