top
Tahir Gözəl: “Səfərdəki görüşün nəticəsindən asılı olmayaraq,..” Sport24.az
23 sentyabr 2024, 14:15
- ↺ +

Tahir Gözəl: “Səfərdəki görüşün nəticəsindən asılı olmayaraq,..”

"Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

 

O, ölkə çempionunun ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacağını vurğulayıb: "İlk oyunumuz futbolun Vətəni sayılan İngiltərədə keçiriləcək. Dünyanın ən güclü futbol çempionatının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. "Tottenhem" təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik".

 

Klub rəhbəri avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: "İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər uğrunda mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan Kubokunda titulumuzu qorumağa çalışacağıq. "Qarabağ" azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü "Qarabağ" görəcəklər".

 

T.Gözəl "Tottenhem"lə görüşü stadiondan izləyəcəyini, bu vacib matçda komandanın yanında olacağını qeyd edib: "Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq".

 

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər