SOCAR Türkiyənin I Liqa təmsilçisi "Iğdır"la sponsorluq müqaviləsini yeniləyib. Sport24.az xəbər verir ki, bunu eyniadlı şəhərin təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Yeni müqavilə 2025/2026 mövsümünü əhatə edəcək. Anlaşmaya əsasən, SOCAR loqosu komandanın geyim formalarında əks olunacaq.
Qeyd edək ki, "Iğdır" ötən mövsüm də meydana SOCAR loqolu forma ilə çıxıb.