top
Sabahın baş məşqçisi buraxılan qollar və səhvlər barədə danışdı Idman.biz
10 iyul 2025, 23:42
- ↺ +

"Sabah"ın baş məşqçisi buraxılan qollar və səhvlər barədə danışdı

"Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda Sloveniyanın "Selye" klubuna 2:3 hesabı ilə uduzub.

İdman.biz xəbər verir ki, komandanın litvalı baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

- Öncə "Selye"ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gələn insanlara təşəkkür edirəm. Əla atmosfer yaratmışdılar. Amma əfsuslar olsun ki, evimizdə ilk oyunu uduzduq. Azarkeşlərimiz məyus ayrıldı. Futboldur, ədalətli olmasa da, planlaşdırdığımız şeylər var idi, onları həyata keçirə bilmədik. Bu matçdan dərslər çıxararaq, sonrakı matçlarda yaxşı çıxış etməliyik. Biz çox yaxşı rəqibə qarşı oynadıq. "Selye" haqda çox az informasiyamız var idi. Çünki rəqibimiz sadəcə 1 yoldaşlıq oyunu keçirmişdi. Biz onların əvvəlki matçlarına baxmışdıq. Eyni tərzdə oynayırdılar. Bilirik ki, hər iki komanda yaxşı hazırlaşmışdı. "Selye"nin oyun tərzinə bələd idik. Bunun qarşısını almağa çalışırdıq. Müsbət məqamlar var idi. Rəqibin cərimə meydançasına yaxın yaxşı təzyiqlər edirdik. Sonuncu paslarda, sonuncu zərbələrdə bəzən alınmadı. İkinci hissə oyunun nəzarəti bəzən bizdə, bəzən rəqibə keçirdi. Amma mövsüm irəlilədikcə, oyuna nəzarət etməyə çalışacağıq. Oyunçularım hər şeyi etdilər. Bəzən tələskənlik xeyrimizə olmadı. Sadəcə bu gün döyüşü uduzduq, müharibəni uduzmamışıq. Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var. Dərs çıxaracağıq, Sloveniyaya inanaraq gedəcəyik. Orada da əlimizdən gələni edəcəyik ki, nəticəni xeyrimizə dəyişək.

- Avstriyadakı toplanışda "gözüyumlu" oyunu oynamışdınız. Komanda sanki oradan bura gözü yumlu gəlmişdi, komanda buraxılan qollarda aciz görünürdü. Sloveniyada komandanın gözünü açmaq mümkün olacaq?

- Çox çətin sualdır. Biz "Sabah"ı Azərbaycanı təmsil edirik. Bəzən futbolda kifayət uğur sizin yanınızda olmur, istədiklərinizi həyata keçirə bilmirsiz. Amma mən daha çox oyunçularımıza hörmət etməyi tövsiyyə edərdim.

- Ədalətdən bəhs etdiniz. Albert Riera bildirdi ki, rəqibin baş məşqçisi bununla razıdır, ya yox, amma bu gün meydanda ən güclü biz idik. Razısız?

- Hər kəsin öz rəyi ola bilər. Mübahisə etmək istəməzdim. İlk oyunda qaib gəliblər. Amma birinci oyunda qələbə bəs etmir. Çünki cavab görüşü də var. Hazırlaşacağıq.

- Erkən qol planlarınızı pozdu?

- Hər iki komanda əlindən gələni edirdi. Buraxdığımız 3 qolda da öz səhvlərimiz var. Səhvlərdən dərs çıxarmalıyıq. Səfərdə asan olmayacaq.

- Albert Riera forma məsələsindən çox şikayətləndi. Sizin bununla bağlı narazılığınız var və bu məqam futbolçularınıza nə dərəcədə mənfi təsir göstərdi?

- Buna cavab vermək çətindir. Daha çox oyunçulardan soruşmaq lazımdır. Biz ev komandasıyıq, "Selye" 2-ci formasını gətirməli idi. Amma bu cür rəng oxşarlığı nəinki avrokuboklarda, hətta daxili çempionatlarda da oynamaq düzgün deyil. Həmişə avrokuboklarda oyun günü səhərlər iclaslar olur və bu iclasda qərarlar verilir. Bunu daha çox UEFA-nın qanunlarına riayət edib, hərəkət etmək lazımdır.

- Bildirmişdiz ki, daha çox hücum futbolu oynatmağı sevən məşqçiyəm, amma bu gün daha çox əks-hücumlarda oynadınız. Təbii ki, buna rəqib də imkan verməlidir. Amma olmazdı ki, daha dominant futbol oynayasınız?

- Ən yaxşı hücum oynatmaq oynatmaq istəyən məşqçi də olsa, rəqibə diqqət etməlidir. Rəqib topla yaxşıdırsa, buna önəm vermək lazımdır. Biz birinci hissədə rəqibin qapısına təzyiq edirdik, topu alıb, hücum edirdik. İkinci hissədə daha çox topa nəzarət edən rəqib oldu. İkinci hissədə tez qol buraxdıq və daha önəmli oldu. Qol vurmaq istəyirdik. Ona görə belə oldu. Hücum futbolu anlayışına fərqli yanaşmaq lazımdır. Hücum futbolunda daha çox qollar önəmlidir, amma necə vura bilərsən? Elə komandalar var ki, topu saxlayaraq edir, bəziləri fərq edir. Dominant olmağa çalışırdıq. Statistikaya baxsaz, ara pasları verən daha çox biz idik, rəqibdən üstün idik. Üçüncüz zonada sonuncu toxunuşlarda dəqiqlik çatışmırdı.

- Oyunun qırılma nöqtəsi qaçırılan epizodların içində gizli idi?

- Çox qol fürsətlərimiz oldu, amma yararlana bilmədik. Amma nəzərə alın ki, ilk oyundur. Fasilədən sonra uşaqların bəziləri toplanışdan sonra fiziki cəhətdən 100 faiz hazır deyildilər. Amma potensialımız çoxdur. Son dəqiqələrdə buraxdığımız qol üzücü və ağırdır. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, cavab görüşündə yaxşı nəticə əldə edək. Oyunun qırılma nöqtəsi buraxdığımız 3-cü qol idi.

- Hakimlər heyətinin Qazaxıstandan olması ədalətli idi? UEFA-nın qərarı ədalətli idi?

- Mən məşqçiyəm. Bu daha çox UEFA-ya yönləndiriləcək sualdır. Mən onlara hörmət edirəm, istər Qazaxıstandan oslun, istərsə də Rumıniyadan. Bu gün yaxşı iş gördülər.

- Krunoslav Renduliç, Vasili Berezutskinin də vaxtında müdafiədə problemlər var idi. Üçüncü məşqçisiz ki, müdafiədəki problemləri həll edə bilmirsiz. Bu nə ilə bağlıdır?

- Bütün keçmiş burada işləmiş məşqçilərə təşəkkür edirəm. Hər məşqçinin öz düşüncəsi olub. Vasili Berezutski çox böyük iş görüb. O, kuboku qazanmasaydı, biz Avropada olmayacaqdıq, yəqin ki, indi çempionata hazırlaşırdıq. Hər məşqçi gələrkən özünün ideyaları ilə gəlir. Bu gün başladığımız start heyətində dördlü müdafiə xətti ilk dəfə idi birlikdə çıxış edirdi. Biz hazırda öz oyunçularımıza daha çox güvənməliyik. Onlara vaxt lazımdır ki, bir-birilərinə adaptasiya olsunlar. Bizim qarşılaşdığımız komanda "Selye"dir. Konfrans Liqasında 1/4 finala qədər irəliləyib, "Fiorentina"ya qarşı başabaş futbol oynayıblar. Büdcəsi yüksək rəqiblərə qarşı oynayıblar. Avropada olan oyunlar istər futbolçular, istər məşqçilər, daha çox təcrübə toplayır. Bu, sadəcə bir mərhələnin birinci oyunudur. Bizə daha çox güvənin, inanın.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər