top
Dambrauskas: Oyunu çevirə bilərik Sport24.az
10 iyul 2025, 23:12
- ↺ +

Dambrauskas: "Oyunu çevirə bilərik"

Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" – "Çelye" oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– "Çelye"ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gələn azarkeşlərə təşəkkür edirəm. Belə atmosferdə oynamaq xoş idi. Əfsuslar olsun ki, evimizdəki ilk oyunda məğlub olduq. Bəzən futbolda belə hallar olur. Bəzi şeylər planlaşdırıldığımız kimi olmadı. Oyundan dərslər çıxarmalıyıq. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib haqda qısa informasiyamız var idi. Çünki cəmi 1 yoxlama oyunu keçirmişdi. Ötən ildəki oyunlarına baxmışdıq, eyni üsluba sahibdirlər. İki komandasa Oyuna yaxşı hazırlamışdı. Rəqibin ortadan başlayıb, oyunu cinahlara yaydığını bilirdik. Bunların qarşısını almağa çalışdıq. Müsbət məqamlar da var idi – rəqibin cərimə meydançasında yaxşı təzyiq edirdik. Təəssüf ki, son zərbələrdə, ötürmələrdə uğursuz olduq. Rəqibin əks-hücumlarda sürətli olduğunu bilirdik. Müdafiə xəttləri isə öndə idi. Müdafiə arxasına şığımaqla təhlükələr yaratdıq, amma son zərbələr alınmadı. İkinci hissədə oyunun nəzarəti gah bizdə, gah rəqibdə oldu. İrəlilədikcə çalışacağıq ki, dominantlığımızı artıraq. Uşaqlar əllərindən gələni etdilər. Bəzi anlarda tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq, müharibəni yox. Oyunu çevirə bilərik. Buna inanacağıq. Sloveniyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

 

– Komanda buraxılan qollarda aciz görünürdü. İkinci hissədə isə demək olar, bütün üstünlük rəqibdə idi. Sanki oyunçular gözübağlı oynayırdı… Sloveniyada uşaqların gözünü açmaq mümkün olacaq?

– "Sabah"ın klubu olaraq Azərbaycanı təmsil edirik. Futbolda bəzən uğur sizin yanınızda olmur. Oyunçularımıza hörmət etməyi sizə tövsiyə edirəm.

 

– Rəqib baş məşqçi bildirdi ki, onlar daha yaxşı oynadı. Bu fikirlə razısınız?

– Hər kəsin fikri var. Mübahisə etmək istəməzdim. Düzdür, ilk oyunu onlar qazandı. Amma bəzən bu, kifayət etmir. Qarşıda cavab oyunu var.

 

– Erkən qol vurmaq planlarınızda var idi?

– İki komanda da bu gün əlindən gələni etdi. Səhvlərimiz oldu. Bunlardan dərs çıxarmalıyıq. Səfər görüşü asan olmayacaq. Məşqçilər korpusu olaraq oyun planımızı quracağıq.

 

– Riera komandaların oxşar forma geyməsinə narazılıq bildirdi. Sizin də şikayətiniz var?

– Nəaə demək çətindir. Bunu oyunçulardan soruşmaq lazımdır. Ev komandası bizik. "Çelye" səfər formalarını gətirməliydi.

 

– Oyundan əvvəl hücum futbolu oynadacağınızı demişdiniz. Amma bu gün daha çox müdafiədə qaldınız. Cavab görüşündə dominant oynamaq olacaq?

– Ən yaxşı hücumu oynatmaq istəsən də, rəqibə diqqət etməlisən. Düzdür, ilk hissədə daha çox təzyiq edir, topları ala bilirdik. Amma ikinci hissədə daha çox topa nəzarət edən rəqib oldu. Bunda da fasilədən sonra tez qol vurmaları oldu. Hücum futbolu anlayışına da fərqli baxmaq lazımdır. Burda önəmli olan qollar vurmaqdır. Bəzən topu saxlamaqla fərqlənir, bəziləri əksinə. Bu gün daha çox pressinq edən tərəf idik. Sadəcə son toxunuşlarda dəqiqlik çatmadı.

 

– Qısa müddətdə burda olmağınıza baxmayaraq komandanı düzgün hazırlaya bilmisiniz. Bu gün kifayət qədər epizod da yaratdınız, iki dəfə önə keçdiz. Düşünmürsünüz ki, oyunun qırılma anı qaçırılan pizodlarda gizlənmişdi?

– Qol fürsətlərimizdən yararlana bilmədik. Nəzər alaq ki, ilk rəsmi oyunumuz idi. Bəzi uşaqlar 100 faiz hazır deyildi. Çox potensialımız var. Məğlubiyyət üzücüdür. Amma cavab görüşündə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Oyunun qırılma anı 3-cü qol idi.

 

– Bir həftə vaxt qalıb. Oyuna qədər hansısa yeni transfer fikriniz var?

– Seleksiya işlərimiz dayanmır. Futbolçuları çətin durumlarda daha yaxşı tanımaq olur. Bugünkü hesabdan nəticə çıxarmaq lazımdır. Sentyabra qədər transfer edə bilərik. Elə məşqçiyəm ki, bütün oyunçulara şans verməyi sevirəm. İstəyirəm ki, onlar da xoşbəxt olsun.

 

– Yeni mövsümə hansı "silah"larla gələcəksiniz?

– Hazırda ancaq "Çelye" haqda düşünürəm. Oyun üslubumuzu quracağıq və inanıram ki uğurlu olacağıq.

 

– Hakimlər briqadasının Qazaxıstandan olması ədalətli idi?

– Buna cavab vermək səlahiyyətimə daxil deyil.

 

– Müdafiədə olan problemləri necə həll etməyi düşünürsünüz? 

– Burda işləyən məşqçilərə təşəkkür edirəm. Hər məşqçi öz ideyası ilə gəlir. Bu gün başladığımız start heyətdəki müdafiəçilər ilk dəfə idi birlikdə oynayırdı. Oyunçulara inanmalıyıq. Bugünkü rəqibimizin ötənilki nəticəsini gözardı etməməliyik. Avrokubok oyunlarından daha çox nəticə çıxarmaq olur. Görək sonrası necə olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər