top
Şirvanın hədəfi II Liqada ilk üçlükdür Idman.biz
24 iyun 2025, 18:58
- +

"Şirvan"ın hədəfi II Liqada ilk "üçlük"dür

Bütün futbolçuları və texniki heyəti ilə yolları ayıran "Şirvan" klubu Azərbaycan II Liqasının 2025/2026 mövsümündə ilk "3-lüy"ə düşmək üçün mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bunu "Report"a klubun meneceri Emin Məmmədov bildirib.

O, baş məşqçi ilə yeni müqavilə bağladıqlarını söyləyib: "Futbolçuların və texniki heyətin bizimlə müqaviləsinin müddəti 1 illik idi. Bu müdət bitdiyinə görə futbolçuları azad agent etdik. Digər tərəfdən, II Liqa məsələsi var. Region Liqasının bir üst səviyyəsidir. Bununla yanaşı, əvvəlki heyətdən bəzi futbolçularla müqavilə bağlayacağıq. Artıq baş məşqçi Pərviz Bayramovla yeni müqavilə bağlamışıq. Komandaya dəvət olunacaq oyunçuları da o seçəcək. Çünki ondan tələblərimiz olacaq və əsas yük baş məşqçinin üzərinə düşəcək. Təbii ki, nəticəyə də o, məsuliyyət daşıyacaq. Danışıq apadığımız oyunçular var".

Emin Məmmədov yerli oyunçulara üstünlük veriləcəyini vurğulayıb: "Hələ ki, planımızda legioner transferi yoxdur. Əsasən yerli və daha təcrübəli oyunçulara üstünlük vermək istəyirik. Hesab edirəm ki, yerli oyunçuların sayı kifayət qədərdir və bu il daha da artacaq. Çünki yuxarı liqalarda legioner sayı artdığı üçün yerlilər kənarda qalır. Onların arasında da II Liqada oynayacaq səviyyədə futbolçular olacaq. "Şirvan" heç vaxt bu 3 liqada oynamayıb. Yeni mövsümdə məqsədimiz çempionluq, ən azı ilk "üçlük"də qərarlaşmaqdır. Region Liqasında çıxış edəndə də yerli futbolçular transfer etmişdik. Məqsəd II liqaya yüksəlmək idi. Həmçinin I Liqaya yüksəlmək üçün də vuruşmalısan. Düzdür, ilk mövsümdə ola bilər bu baxımdan çətinlik yaşayaq. İstənilən halda məqsədimiz dəyişmir".

Qeyd edək ki, "Şirvan" 2025/2026 mövsümündə Azərbaycan II Liqasında oynamaq hüququ qazanıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 03:00

Rusiyalı üzgüçü "Bosfor 2025" yarışında itkin düşüb

Futbol
Bu gün, 01:59

Olivye Jiru "Lill"ə 90+1-ci dəqiqədə qələbə qazandırıb

Futbol
Bu gün, 01:15

La Liqada "Real Madrid" "Ovyedo"nu məğlub edib (0:2)

Futbol
Bu gün, 01:09

Elmar Baxşıyev "Turan Tovuz" oyunundan sonra tənqidlərdən və komanda oyunundan danışdı

Futbol
Bu gün, 00:55

"Komo" və "Yuventus" А Seriyasına qələbə ilə başladı, Kenan Yıldızdan dubl asist

Futbol
Bu gün, 00:31

"Qalatasaray" səfərdə "Kayserispor"u darmadağın edib (0:4)

Futbol
Bu gün, 00:25

"Qalatasaray" "Kayserispor"u səfərdə darmadağın edib - 0:4

Güləş
Bu gün, 00:15

U20 dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında 3-cü olub

Futbol
Bu gün, 00:10

"Real Madrid" "Ovyedo"nu məğlub etdi: İkinci tur nəticələri

Futbol
Dünən, 23:53

"Şamaxı" "Sabah"dan məğlub oldu, sabah "Şəfa" ilə yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 23:42

"Qalatasaray" "Kayserispor"u məğlub edir: Hesab 0:2 - YENİLƏNİR

Futbol
Dünən, 23:31

"Real Madrid" "Ovyedo" ilə səfər oyununa çıxır: La Liqa, 2-ci tur

Futbol
Dünən, 23:23

Kurban Berdiyev "Araz-Naxçıvan" məğlubiyyəti, yeni transferlər və oyun sistemində dəyişiklik ehtimalı barədə

Futbol
Dünən, 23:10

"Qalatasaray" "Kayserispor"u səfərdə məğlub etdi - YENİLƏNİR

Futbol
Dünən, 23:04

"Araz-Naxçıvan"ın "Turan Tovuz" üzərində qələbəsinin videoicmalı

Güləş
Dünən, 23:02

Azərbaycan U-20 yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub

Olimpiada
Dünən, 22:59

Nüsrət Allahverdi gənclər arasında dünya çempionu olub

Futbol
Dünən, 22:51

"Qalatasaray" "Kayserispor" səfərində: Türkiyə Super Liqası, 3-cü tur

Basketbol
Dünən, 22:39

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ardıcıl üçüncü məğlubiyyətini alıb

Futbol
Dünən, 22:26

Kurban Berdiyev: "Ola bilər ki, sistemi dəyişək"

Futbol
Dünən, 22:22

Bundesliqa: 1-ci turun son matçlarında cəmi 1 qol vuruldu

Futbol
Dünən, 22:01

Elmar Baxşıyev "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunundan sonra fikirlərini bölüşd&uuml

Futbol
Dünən, 21:59

"Daejeon" Krivotsyukla "Anyang"a məğlub oldu: İki dəfə hesabda öndə olsa da, azlıq qaldı

Futbol
Dünən, 21:58

Renatu Sançes "Panatinaikos"a icarəyə verilib

Oxşar xəbərlər