Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsinin baş verdiyi iddia olunub.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, arenadan böyük miqdarda elektrik naqilləri oğurlandığı bildirilib.
İddialara görə, gecə saatlarında yaşanan hadisə "Şəmkir"in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünki stadionda quraşdırılmış projektorların kabelləri də oradan daşınıb.
Qeyd edilib ki, qarətçilər "iş" görən zaman futbolçular kompleksin ərazisindəki katejlərdə olsalar da, heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən, oyunçular qaldıqları yerdən bayıra çıxmayıblar.