top
Səfir: “Azərbaycanda braziliyalı futbolçuların sayı artmalıdır” - MÜSAHİBƏ Idman.biz
20 aprel 2026, 14:11
- ↺ +

Səfir: “Azərbaycanda braziliyalı futbolçuların sayı artmalıdır” - MÜSAHİBƏ

"Hazırda burada çoxlu sayda braziliyalı futbolçu çıxış edir və ümid edirəm ki, onların sayı daha da artacaq".

Bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- İdmana marağınız hansı səviyyədədir?

- Bəli, mən idman növləri ilə maraqlanıram. Biz braziliyalılar idmana çox bağlıyıq. Hətta desəm ki, idmanın dəlisiyik, yanılmaram. Mən əsasən Azərbaycan Kapoeyra Federasiyasını izləyir və onlarla əməkdaşlıq edirəm. Təbii ki, Braziliya ciu-citsu sahəsini də diqqətdə saxlayıram.

- Azərbaycan futbolu haqqında nə bilərsiniz?

- Hazırda burada çoxlu sayda braziliyalı futbolçu çıxış edir və ümid edirəm ki, onların sayı daha da artacaq. Həmçinin arzulayıram ki, gənc azərbaycanlı futbolçuların Braziliyada hazırlıq keçməsi üçün mübadilə proqramları təşkil olunsun. Bizim Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq sazişimiz var və məqsədimiz birgə fəaliyyət göstərməkdir. Bir-birimizə dəstək olmalı və əməkdaşlığı gücləndirməliyik.

- Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən "Qarabağ"ın oyunlarını izləyirsiniz? Nəzərə alaq ki, bu komandada da braziliyalı futbolçular çıxış edirlər...

- Mən hər hansı bir komandaya azarkeşlik edə bilmərəm. "Sabah" klubunu da izləyirəm, digər komandaları da diqqətdə saxlayıram. Amma "Qarabağ" həqiqətən çox yaxşı formadadır. Mən Ağdam klubunun ilk dəfə beynəlxalq arenada çıxış etdiyi dövrlərin də şahidi olmuşam.

- Sizcə, bu il futbol üzrə dünya çempionu hansı ölkənin yığması olacaq?

- Əlbəttə, Braziliya millisi qalib olacaq. Buna heç bir şübhəm yoxdur.

- Ölkəmizdəki həyat tərziniz necədir?

- Burada keçirdiyim illər mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan böyük xoşbəxtlik və çox dəyərli təcrübə olub.

- Yerli oyunçularımız barədə fikirləriniz maraqlı olardı...

- Burada futbolçuların nizam-intizamını xüsusilə yüksək qiymətləndirirəm. Onların qaydalara hörmətini çox bəyənirəm. Bəzən hətta həddindən artıq qaydalara bağlı olurlar, amma futbol yalnız qaydalardan ibarət deyil. Bununla belə, görürəm ki, onlar taktiki sxemlərə ciddi yanaşır, intizamlı oynayır və hakimlərin qərarlarına hörmət edirlər. Bu isə gənclər üçün çox yaxşı nümunədir. Peşəkar futbolçuların həm oyunun qaydalarına, həm də hakimlərə hörmət etməsi çox vacibdir.

- Braziliyada məşhur futbolçular arasında dostlarınız varmı?

- Mən şəxsən futbolçularla yaxın dost deyiləm, amma həyat yoldaşım Bakıda təşkil edilən COP-29 zamanı dünya ulduzu Ronaldinyo ilə görüşüb və onunla selfi çəkdirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Oxşar xəbərlər