top
Şamaxının tanzaniyalı futbolçusu: Qarabağa qarşı bütün oyunlar çətindir Idman.biz
06 fevral 2026, 13:57
- ↺ +

"Şamaxı"nın tanzaniyalı futbolçusu: "Qarabağ"a qarşı bütün oyunlar çətindir

"Qarabağ"a qarşı bütün oyunlar çətindir. Fərqi yoxdur, bu, kubokdur, yoxsa Premyer Liqa. Amma biz Premyer Liqadakı görüşə də yaxşı hazırlaşacağıq".

Bunu "Şamaxı"nın tanzaniyalı futbolçusu Alfons Msanqa sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Şamaxı" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Qarabağ"a 2:1 qalib gəlməyi bacardı. Həqiqətən qələbəyə inanırdınız, yoxsa heç-heçə də sizi qane edirdi?

- Qələbə üçün Allaha şükür edirik. Çətin oyun idi. Bilirsiniz ki, "Qarabağ" böyük komandadır və onlara hörmət edirik. Düşünürəm ki, biz oyuna düzgün yanaşdıq, ona görə də oyunu qazandıq. Təbii ki, çox güc sərf etdik.

- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində oynayan komandadır. Belə bir rəqibi məğlub etmək sizin üçün böyük motivasiyadır, yoxsa bu qələbəyə çox sadə və sakit yanaşırsınız?

- Bəli, bu cür böyük oyunda belə qələbə sizə daha çox özünəinam və istənilən oyunda xal qazanmaq üçün mübarizə apara biləcəyinizə inanmaq imkanı verir. Çox yaxşı qalibiyyətdir. Buna görə sevinirik.

- 2:1 hesabı "Şamaxı"nın yarımfinala vəsiqə qazanmasına nə qədər kömək edə bilər? Cavab oyunundan əvvəl şanslar hələ də 50/50-dir, yoxsa "Şamaxı" daha şanslıdır?

- Hələ qarşıda daha bir oyunumuz da var. Kubokda hələ bir oyun qalıbsa, yalnız bir oyunla nəyisə proqnozlaşdırmaq mümkün deyil. Ona görə də istənilən komandanın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var, həm bizim, həm də onların. Bu mənada, gəlin hələ ki cütün taleyini həll etmək üçün digər oyunu da gözləyək. O görüşə də yaxşı hazırlaşacağıq. Sona qədər mübarizə aparacağıq.

- "Qarabağ"ı rəqib kimi digər komandalardan ən çox fərqləndirən nədir? Onların ən böyük üstünlüyü nədədir?

- "Qarabağ" böyük komandadır. Güclü futbolçuları var, yaxşı büdcəyə malikdirlər, komanda olaraq hər şey yüsək səviyyədədir onlarda. Üstəlik, "Qarabağ" Çempionlar Liqasında oynayır, pley-off mərhələsindədir. Onlar digər komandalardan fərqli olaraq, əla təcrübəyə malikdir. Bütün bunları nəzərə alanda, "Qarabağ"a qarşı oynamağın həmişə çətin olduğunu söyləmək mümkündür.

- Növbəti matçınız da "Qarabağ"a qarşı olacaq. Amma bu dəfə onlarla Premyer Liqada qarşılaşacaqsınız. Bu matçda daha çətin olacaq?

- "Qarabağ"a qarşı bütün oyunlar çətindir. Fərqi yoxdur, bu, kubokdur, yoxsa Premyer Liqa. Amma biz Premyer Liqadakı görüşə də yaxşı hazırlaşacağıq. Təbii ki, bu dəfə də sona qədər mübarizə aparacağıq.

- Ümumiyyətlə, "Şamaxı"nın kuboku qazanma ehtimalı nədir? Yoxsa sizin üçün Premyer Liqadakı yerinizi qorumaq daha vacibdir və kubokda bu cür məqsədiniz yoxdur?

- Hər şeyi zamana buraxaq. Biz üzərimizə düşəni edirik, meydana çıxırıq və sona qədər mübarizə aparırıq. Nələr necə olacaq, onu zaman göstərəcək. Biz indi sadəcə növbəti qarşılaşmaya, "Qarabağ"la matça hazırlaşırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Oxşar xəbərlər