Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 9-cu tura start verilir. Sport24.az xəbər verir ki, oyunlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk qarşılaşması Şamaxıda keçiriləcək. "Araz-Naxçıvan" " Qəbələ"ni qonaq edir. Hər iki komanda cari mövsümə uğursuz start verib. 2026/27 "futbol ili"ndə qələbə üzünə həsrət qalan nominal meydan sahibləri 2 xalla turnir cədvəlinin zirzəmisində, aktivində 4 xal olan qonaqlar isə 10-cu yerdə qərarlaşıb. Bugünkü qarşılaşma hər iki kollektiv üçün çox vacibdi.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, IX tur
15:00. "Araz-Naxçıvan" - "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı. Şəhər stadionu.