top
Şahin Diniyev: Karyeramın ən böyük səhvi Neftçidə oldu Idman.biz
18 mart 2026, 16:00
- ↺ +

Şahin Diniyev: Karyeramın ən böyük səhvi "Neftçi"də oldu

"Uğur da gördüm, səhvlər də etdim amma ən böyük dərsləri məhz uduzanda aldım".

Bu sözləri Azərbaycan futbolunun tanınmış simalarından olan Şahin Diniyev karyerası, həyatı və futbolumuzla bağlı fikirlərini futbolinfo.az-a bölüşərkən deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uşaqlığınız və futbola gəlişiniz necə olub?

- Beyləqanda böyümüşəm. O vaxt şərait yox idi, taxtadan qapı düzəldib futbol oynayırdıq. Hətta qışda hokkey də oynayırdıq. Futbola gəlişim təsadüf oldu - qardaşım məşqçi Vladimir Qalaktionovla tanış oldu və məni Bakıya gətirdilər. Beləcə internat məktəbində futbolun əsaslarını öyrəndim.

- Karyeranızda dönüş nöqtəsi hansı olub?

- "Neftçi"də əsas komandaya düşmək şansım var idi, amma səhv etdim. Sevincdən həyəcanlandım, düzgün addım atmadım və o fürsəti qaçırdım. Həmişə deyirəm ki, bu, karyeramın ən böyük səhvlərindən biridir.

- "Kəpəz" və digər klublardakı çıxışınızı necə xatırlayırsınız?

- "Kəpəz"də ən yaxşı illərimdən birini keçirdim. Azarkeş dəstəyi inanılmaz idi. Sonra "Nistru", "Terek" kimi klublarda oynadım. Hər yerdə fərqli təcrübə qazandım.

- Legioner həyatı necə başladı?

- "Terek"də uğurlu çıxışımdan sonra İsrailə getdim. Əvvəlcə çətin idi, amma sonra uyğunlaşdım. Orada peşəkar yanaşmanı gördüm - futbolçuya maksimum şərait yaradılırdı. 4 il İsraildə oynadım.

- Karyeranızı bitirməyinizə səbəb nə oldu?

- Ağır zədə aldım. Hətta böyük təkliflər olsa da, fiziki durumum imkan vermədi. Bu zədə karyeramın sonu oldu.

- Milli komandadakı dövrünüzü necə dəyərləndirirsiniz?

- Çətin dövr idi. Şərait yox idi, bəzən oyuna öz hesabımıza gedirdik. Amma millidə oynamaq və kapitan olmaq böyük qürurdur.

- Məşqçi kimi ən yaddaqalan mərhələ hansıdır?

- "Terek"də baş məşqçi kimi işlədiyim dövr çox yaddaqalandır. Komandanı sıfırdan qurduq və yaxşı nəticələr qazandıq.

- "Qarabağ" və "Kəpəz"dəki məşqçilik dövrünüz barədə nə deyə bilərsiniz?

- "Qarabağ"la avrokuboklara vəsiqə qazandıq. "Kəpəz"də də məhdud büdcə ilə uğurlu nəticələr əldə etdik. Maliyyə ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

- Azərbaycan futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Problemlər çoxdur. Limitin ləğvi yerli futbolçulara mənfi təsir edib. Gənclərin futbola marağı azalır. Bu, gələcəkdə daha ciddi problemlər yaradacaq.

- Övladlarınızın futbol karyerasından razısınız?

- Bəli. Hər ikisi yaxşı yol keçdi. Coşqun daha istedadlı idi, Kərim isə zəhmətkeş.

- Şəxsi həyatınızda ən ağır hadisə nə olub?

- Avtomobil qəzasında həyat yoldaşımı itirdim. Bu, həyatımın ən ağır dönəmi idi. Uşaqlara görə özümü toparladım.

- Gələcək planlarınız nədir?

- Yenidən məşqçi kimi işləmək istəyirəm. Amma artıq daha sakit və normal şəraitdə çalışmaq istəyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Oxşar xəbərlər