top
Sabah Petrokubu böyük hesabla məğlub edərək Konfrans Liqasının növbəti mərhələsinə yüksəlib Report.az
Dünən, 21:52
- +

"Sabah" "Petrokub"u böyük hesabla məğlub edərək Konfrans Liqasının növbəti mərhələsinə yüksəlib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrok"a (Moldova) qalib gələn "Sabah" növbəti raunda adlayıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Petrokub"u mübarizədən kənarlaşdıran "Sabah" adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

21:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda öndədir - 4:1.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

20:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb - 4:1

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.

20:46

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 4:1.

45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.

20:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 3:1.

44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.


20:42

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar - 1:2.

"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.

20:28

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab dəyişib.

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 2:0.

28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

20:21

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab açılıb..

"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

FOTO: Mircavid Eminoğlu

Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 19:14

"Azərreyl" Aslan Həmidovla müqaviləni uzadıb

Futbol
Bu gün, 18:59

"Sent-Etyen" İbrahima Vadji ilə vidalaşdı, "Turan Tovuz"a uğurlar arzuladı

Basketbol
Bu gün, 18:56

"Abşeron Lions" Litvalı Basketbolçu Gediminas Oreliki Transfer Etdi

Basketbol
Bu gün, 18:35

"Abşeron Lions" "Beşiktaş"ın sabiq basketbolçusu Gediminas Oreliki transfer edib

Futbol
Bu gün, 18:31

Verratti Messinin PSJ-yə transferinin sehrli gecə hekayəsini danışdı

Futbol
Bu gün, 18:29

"Spartak" "Fənərbaxça" və "Qalatasaray"ın müdafiəçilərini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 18:14

Vəli Qasımov: Bəzi futbolçuların gedişi "Zirə"nin "Hayduk"la oyununa təsir etdi

Futbol
Bu gün, 18:11

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində kadr dəyişikliyi baş verib

Futbol
Bu gün, 17:58

"Karvan-Yevlax" U-16, U-17, U-19 və Əvəzedicilər Liqasında 2025/2026 mövsümündə iştirak etməyəcək

Futbol
Bu gün, 17:55

Urfan Abbasov "Omoniya" ilə oyunlar haqqında danışdı: "Oyunlarını dəfələrlə izləmişik"

Futbol
Bu gün, 17:40

"Şkendiya" "Qarabağ"ın azarkeşləri üçün 1000 yer ayırıb

Futbol
Bu gün, 17:38

Bruno Franko: "Aris"lə oyun, "Omoniya" ilə görüş və "Araz-Naxçıvan" üçün fədakarlıq - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:23

Namik Ələskərov yenidən Türkiyə legioneri ola bilər

Futbol
Bu gün, 17:16

Vəli Qasımov: Futbolçuların ayrılması "Zirə"yə mənfi təsir etdi və "Zirə"nin "Hayduk"la oyununda uğursuzluğa səbəb oldu

Voleybol
Bu gün, 17:11

"Azəryol" baş məşqçisi Aleksandr Revva ilə müqaviləni uzadıb

Futbol
Bu gün, 17:04

Əliyar Ağayevə Avropa Liqasında təyinat

Olimpiada
Bu gün, 17:02

Rusiyalı idmançılar Dünya Oyunlarının açılışında iştirak etməyəcəklər

Futbol
Bu gün, 17:00

Urfan Abbasov: "Omoniyanın oyunlarına dəfələrlə baxmışıq, hər iki matç çətin olacaq"

Gimnastika
Bu gün, 17:00

FIG Dünya Oyunlarında Azərbaycan və Yaponiya Aerobika Cütlükləri Arasında Rəqabət Gözləntisi

Futbol
Bu gün, 16:45

Elçin Məsiyevə "ÇFR Kluj" - "Braqa" oyununa baş hakim təyinatı

Güləş
Bu gün, 16:40

U-17 Dünya Çempionatı: Sərbəst Güləşçilərimizdən İkisi Yarımfinalda

Futbol
Bu gün, 16:40

"Levski" - "Sabah" oyununa biletlərin qiyməti və satış şərtləri açıqlanıb

Futbol
Bu gün, 16:40

"Levski" - "Sabah" oyununa biletlərin qiyməti açıqlanıb

Futbol
Bu gün, 16:37

"Şkendiya" - "Qarabağ" matçı üçün vauçerlərin satışına başlanılır

Oxşar xəbərlər