top
Bruno Franko: Arislə oyun, Omoniya ilə görüş və Araz-Naxçıvan üçün fədakarlıq - MÜSAHİBƏ Idman.biz
01 avqust 2025, 17:38
- ↺ +

Bruno Franko: "Aris"lə oyun, "Omoniya" ilə görüş və "Araz-Naxçıvan" üçün fədakarlıq - MÜSAHİBƏ

"Araz-Naxçıvan"nın braziliyalı futbolçusu Bruno Frankonun Teleqraf-a müsahibəsi

- "Aris"lə cavab oyununun ilk hissəsində inamlı təsir bağışladınız. Görüşə psixoloji və taktiki baxımdan necə hazırlaşmışdınız?

- Hər bir futbolçunun meydana çıxmağı arzuladığı oyun idi. Bütün həftə boyunca cavab görüşünü gözləyirdim. Salonikidəki "Kleantis Vikelidis" stadionunu dolu görəndə əmin oldum ki, əla matç alınacaq.

- İlk hissədə 2:0 hesabı ilə irəlidə olduğunuz halda, ikinci yarıda sayca azlıqda qalmaq oyun planınızı nə dərəcədə dəyişdi?

- Mən komandaya hücumda kömək etməyi və yaradıcılığı sevən futbolçuyam. Həmin vaxt demək olar ki, yalnız müdafiədə qalmalı idim. Nəticəni qoruyub saxlamağa çalışdığım üçün iki dəfə daha artıq qaçmalı oldum.

- Görüşün 52-ci dəqiqəsində İqor Ribeyro qırmızı vərəqə aldıqdan sonra komandanızda ruh düşkünlüyü və bu vəziyyətdə qələbəni əldən vermə qorxusu oldumu?

- Komanda olaraq danışdıq, iki nəfərin yerinə qaçmalı olduğumuzu anladıq. Düzü, meydanda 10 nəfərlə qalmaq çox çətin idi. Rəqibin qol vurmasına imkan verməmək üçün əlimdən gələni etdim.

- "Aris" kimi Avropa arenasında müəyyən təcrübəyə malik, büdcəsi "Araz-Naxçıvan"dan təxminən 5 dəfə artıq komandanı turnirdən kənarlaşdırıb, mərhələ adlamaq sizin üçün nə dərəcədə çətin idi?

- Belə güclü və keyfiyyətli komandaya qarşı oyunların yekununda mərhələ keçmək biz futbolçular üçün çox yaxşı təcrübə oldu. Həmçinin baş məşqçimiz Elmar Baxşıyevin işinə daha çox inam və məmnunluq gətirdi. Bir sözlə, "Araz-Naxçıvan" adına tarix yazdıq.

- Klub rəhbərliyi səviyyəsində bu uğur necə qarşılandı, hansısa mükafat oldumu?

- Gözlədiyimiz kimi, hamı çox sevindi və nəticədən qürur duydu. Mərhələ keçdiyimiz üçün mükafat da olacaq.

- Qarşılaşmadan sonra stadionda baş verənlər barədə nə deyə bilərsiniz?

- Mənim üçün ən təhlükəli məqam son dəqiqələrdə rəqibin topa təzyiq göstərməsi idi. Çünki bu bizim üçün çox riskli idi. Provokasiya isə futbolda normaldır və heç vaxt bitməyəcək. Təhqirlərə qulaq asmamalıyıq, özümüzü qorumalı və 100% növbəti oyuna fokuslanmalıyıq.

- Şarl Boli və Felipe Santos bu oyunda qolların müəllifləri oldular. Bir müdafiəçi kimi qol vurmaq istəyi və ya şansınız oldumu?

- Santos və Boli son dərəcə istedadlı oyunçulardır və meydanda fərq yaradırlar. Onlar mərhələ keçməkdə əsas fiqurlar oldular. Müdafiədə biz çox qaçdıq ki, onlar komandaya qol vurmaqda kömək edə bilsinlər.

- Növbəti mərhələdə Kiprin "Omoniya" klubu ilə qarşılaşacaqsınız. Bu rəqib barədə ilkin fikirləriniz nədən ibarətdir?

- "Omoniya" çox güclü komandadır. İnanıram ki, onlara qarşı daha da çətin olacaq. Lakin yaxşı hazırlaşacağıq və yenə yaxşı oyun nümayiş etdirəcəyik.

- İlk oyunun Bakıda olması "Araz-Naxçıvan" üçün nə dərəcədə önəmlidir?

- Fərq elə də böyük deyil. Azarkeşlər baxımından çox önəmlidir. Onlar bizi dəstəkləsələr, biz daha güclü olacağıq və sona qədər onlar üçün mübarizə aparacağıq. Onların sayəsində uğur qazanaraq, cavab görüşünə üstün durumda yollana bilərik.

- Bir futbolçu kimi hədəflərininiz nədir?

- Mənə xoşbəxtlik gətirən bu forma ilə tarixə düşmək və arzumu reallığa çevirən Konfrans Liqasında oynamaq istəyirəm. "Araz-Naxçıvan" üçün canımı fəda edərəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:39

Türkiyə futbolunda mərc qalmaqalı: 147 klub rəhbəri cəzalandırıldı

Digər
Bu gün, 23:24

Azərbaycan nümayəndələri Rusiyada beynəlxalq idman forumunda iştirak edirlər - FOTO

Futbol
Bu gün, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Bu gün, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Oxşar xəbərlər