top
Vəli Qasımov: Bəzi futbolçuların gedişi Zirənin Haydukla oyununa təsir etdi Idman.biz
Dünən, 18:14
- +

Vəli Qasımov: Bəzi futbolçuların gedişi "Zirə"nin "Hayduk"la oyununa təsir etdi

"Bəzi futbolçuların ayrılması "Hayduk"la oyunda "Zirə"nin çıxışına mənfi təsir göstərib".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov klublarımızın UEFA Konfrans Liqasında ötəngünkü çıxışını dəyərləndirərkən deyib.

56 yaşlı mütəxəssis avrokubok gecəsinin Azərbaycan komandaları üçün uğurlu keçdiyini söyləyib: "Ümumilikdə ötən gecəni Azəraycan futbolçu üçün uğurlu saymaq olar. "Zirə"dən başqa, digər iki klubumuz əla oyun sərgilədi. Daha əvvəl də "Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə keçmişdi. "Zirə"nin matçına nəzər salsaq, əslində bu komanda da pis çıxış etmədi. Sadəcə, püşk bir az şanssız idi. Fikrimcə, "Zirə"nin bəxtinə güclü rəqib düşmüşdü. Üstəlik, bəzi futbolçuların komandanı tərk etməsi də "Zirə"nin çıxışına mənfi təsir göstərdi".

Mütəxəssis "Sabah"ın "Petrokub"a (Moldova) cavab matçında da qalib gələcəyini gözləyirmiş: "Rəqibin "Sabah"ın səviyyəsində olmadığını hər birimiz bilirdik. Sadəcə, düşünmürdüm ki, ilk hissədə bu qədər qol vurular. Növbəti rəqib Bolqarıstan təmsilçisi olacaq. Məncə, "Petrokub"a qarşı göstərdiyi oyunu təkrarlasa, "Sabah" "Levski"yə qallib gələ bilər".

Qasımov "Araz-Naxçıvan"ın Yunanıstan səfərində "Aris"ə qarşı möhtəşəm oynadığını vurğulayıb: "Elmar Baxşıyevin komandası hər kəsi müsbət mənada təəccübləndirdi. "Araz-Naxçıvan" meydanda sonadək döyüşdü. Baxmayaraq ki, arokuboklarda debüt edirdilər. "Aris" kimi kollektivə iki oyunun nəticəsinə əsasən qalib gəlmək asan iş deyil. III təsnifat mərhələsində Kiprin "Omoniya" klubuna qarşı oynayacaqlar. Keçilməyəcək rəqib deyil. "Araz-Naxçıvan" göstərdi ki, "Aris", "Omoniya" səviyyəsində olan komandalara qarşı oynaya bilər".

Qeyd edək ki, ötən gün Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" səfərdə "Hayduk"a (Xorvatiya) 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Doğma meydanda "Petrokub"a 4:1 hesabı ilə qalib gələn "Sabah" və səfərdə "Aris"lə bərabərə qalan (2:2) "Araz-Naxçıvan" isə III təsnifat mərhələsinə yüksəlib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:54

"Karvan" Niderlandlı müdafiəçi Şaquill Sno ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 14:43

"Karvan-Yevlax" "Ayaks"ın yetirməsini transfer edib

Cüdo
Bu gün, 14:39

Azərbaycanlı Gənc Cüdoçular Avropa Kubokunda Mübarizəyə Başlayır

Futbol
Bu gün, 14:33

"Karvan-Yevlax" "Ayaks"ın yetirməsi Shaquill Sno ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 14:19

"Trabzonspor" Fələstin millisinin forvardını icarəyə götürmək istəyir

Futbol
Bu gün, 14:16

"Sabah"ın yarımmüdafiəçisi Lepinitsa: Dambrauskasın yanaşması xoşuma gəlir

Futbol
Bu gün, 14:12

"Bavariya"nın futbolçusu Aleksandar Pavloviç əməliyyat olunub

Futbol
Bu gün, 13:59

"Liverpul" İsak üçün yeni təklif hazırlayır, "Nyukasl" inadkar qalır

Futbol
Bu gün, 13:52

"Kəpəz" Olavale Onanuqanı geri qaytarır

Futbol
Bu gün, 13:45

Lionel Messinin dəbdəbəli saat kolleksiyasından bir parça

Futbol
Bu gün, 13:39

Dele Alli karyerasını bitirməyi düşünür

Gimnastika
Bu gün, 13:37

Tokio-2020 Olimpiya çempionu Linoy Aşram Bakıda təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 13:22

"Roma" Daniele Gilardini transfer edib

Futbol
Bu gün, 13:19

"Real Sosyedad" Xorvatiyalı Müdafiəçini İcarəyə Götürdü - RƏSMİ

Futbol
Bu gün, 13:19

"Sumqayıt" müdafiə və hücum xətlərini əcnəbilərlə gücləndirəcək

Voleybol
Bu gün, 13:04

"Gəncə" Voleybol Klubuna Yeni Transfer

Futbol
Bu gün, 13:00

Ektor Fort Liqa 1-ə yeni yüksələn klubun maraq dairəsindədir

Gimnastika
Bu gün, 12:56

Bədii Gimnastika üzrə Dünya Çempionatının Rio-da Keçiriləcək Proqramı Açıqlanıb

Voleybol
Bu gün, 12:53

"Gəncə" voleybol komandası Hayat Matuk ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:40

"Qarabağ" "Şkendiya" klubu haqqında məlumat yayımladı

Futbol
Bu gün, 12:39

Ulduz futbolçu Dembele ailəsi ilə birlikdə Bodrumda bahalı tətil keçirdi

Futbol
Bu gün, 12:38

Zaur Axundov: "Araz-Naxçıvan"ın uğuruna hər naxçıvanlı kimi sevinirəm

Boks
Bu gün, 12:20

Sübhan Babayev "Brandenburq Kuboku"nun finalında!

Şahmat
Bu gün, 12:20

"Chess Tour Azerbaijan": Gəncə və Şirvanda Davam Edəcək

Oxşar xəbərlər