"Sabah" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Moldovada "Petrokub"un qonağı olacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Kişineuya qələbə ardınca yollanıb. Avropa Liqasında Sloveniya "Selye"sinə uduzan Azərbaycan kubokunun sahibi məğlubiyyəti qitənin üçüncü dərəcəli klub yarışında sığortalamağa çalışacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
21:00. "Petrokub" (Rumıniya) - "Sabah" (Azərbaycan)
Baş hakim: Qal Leyboviç (İsrail)
Kişineu, "Zimbru" stadionu
Qeyd edək ki, cavab matçı iyulun 31-də keçiriləcək.
İdman.biz