"Barselona" yeni mövsüm ərəfəsində komanda ilə birgə Asiya turnesinə yollanacaq futbolçuların siyahısını açıqlayıb.
30 nəfərlik heyətə yeni transferlər - Markus Reşford və Joan Garsiya da daxildir. Qapıçı Mark-Andre ter Stegen isə belindən əməliyyat olunacağı üçün kollektivdən ayrı düşəcək.
Bundan əvvəl ləğv olunduğu deyilən Yaponiya təmsilçisi "Vissel Kobe" ilə matçın da baş tutacağı müəyyənləşib. Oyun iyulun 27-də Yaponiyada keçiriləcək. Daha sonra Kataloniya klubu Cənubi Koreyaya yollanacaq və orada yerli "Seul" (31 iyul) və "Tequ" (4 avqust) ilə qarşılaşacaq.