top
Ruslan Poladov: Futbol oynamaqdan doymamışam Idman.biz
11 fevral 2026, 11:00
- ↺ +

Ruslan Poladov: Futbol oynamaqdan doymamışam

Yerli futbolu uzun illərdir izləyən azarkeşlər Ruslan Poladovu hələ ötən əsrin sonlarında keçirdiyi oyunlardan xatırlayırlar. Bu səbəbdən 46 yaşlı veteranı "Xankəndi" ilə "Zəngəzur" arasında keçirilən yoldaşlıq matçında görmək daha da diqqət çəkdi. Məlum oldu ki, Poladov artıq bir neçə aydır Regional Liqada "Zəngəzur"un şərəfini qoruyur.

İdman.Biz ölkə futbolunun şübhəsiz ən yaşlı fəal oyunçusu ilə söhbətləşib.

- Ruslan bəy, karyeranıza harada başlamısınız və hansı klublarda oynamısınız?

- Sumqayıtda doğulmuşam. Əlbəttə, ilk addımlarımı doğma şəhərin komandasında - o vaxt "Xəzər-Sumqayıt" adlanırdı - atdım. Hələ 1998-ci ildə, ötən əsrdə debüt etmişəm. Sonra isə müxtəlif klublarda çıxış etmişəm.

- Onların arasında artıq fəaliyyətini dayandıranlar da var.

- Bəli, belə komandalar da az olmayıb: "Gənclərbirliyi", "Xəzər-Lənkəran" kimi klublarda oynamışam.

- Belə çıxır ki, bir çox klublar artıq futbolla vidalaşıb, siz isə hələ də oyundasınız. Başqa peşədə özünüzü tapa bilməmisiniz?

- Əksinə, tapmışam (gülür). Doğma şəhərdə işləyirəm, "Sumqayıt" FK-nın akademiyasında U-16 komandasının məşqçisiyəm. Sadəcə, hələ futbol oynamaqdan doymamışam. Bundan başqa, mini-futbolda da "Qalaksi"nin heyətində çıxış edirəm. Nə qədər pafoslu səslənsə də, meydançaya yalnız bu oyuna sevgimə görə çıxıram.

- Azərbaycanlı Kadzuyosi Miura olmaq istəyirsiniz? (Miura - 58 yaşında karyerasını davam etdirən dünyanın ən yaşlı peşəkar futbolçusudur - red.)

- Xeyr, ona çatmağıma hələ çox var, mən hələ çox gəncəm (gülür). Onun yaşı 60-a yaxındır, mənim isə hələ 47 yaşım tamam olmayıb. Üstəlik, Miura yüksək liqada oynayır, mən isə regional liqada.

- Niyə məhz "Zəngəzur"u seçdiniz? İnanmıram ki, səbəb maliyyə olsun.

- Əlbəttə, maliyyə deyil. Açığı, bir neçə təklif var idi. Amma birincisi, klubun adı rol oynadı, ikincisi isə burada demək olar ki, bütün uşaqları tanıyıram, uyğunlaşma problemi yoxdur. Əsas olan bizi birləşdirən məqsəddir: Regional Liqanın çempionu olmaq və İkinci Liqaya yüksəlmək. Hələlik inamla irəliləyirik - 13 oyunda 13 qələbə.

- "Sumqayıt"da ikinci fəaliyyətinizə qısqanclıqla yanaşmırlar?

- Xeyr, əksinə, rəhbərlik dəstək göstərir. "Zəngəzur"un oyunlarında iştirak etməyim üçün şərait yaradırlar. Əsas odur ki, bu, akademiyadakı məşqlərə mane olmasın.

- Gələcək planınız nədir? İkinci Liqaya yüksəldikdən sonra missiya bitəcək, yoxsa 50 yaşa qədər oynamağı düşünürsünüz?

- Özümə yaş məhdudiyyəti qoymuram. Gücüm və istəyim olduqca meydanda olacağam. "Zəngəzur" yüksəldikdən sonra da komandaya lazım olsam, çıxışımı davam etdirəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər