Xorvatiya çempionatında 17-cu tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə millinin formasını geyinən Rüfət Abdullazadənin şərəfini qoruduğu "Varazdin" səfərdə "Vukovar 1991"in qonağı olub.
Rüfətin ehtiyatda qaldığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, hazırda aktivində 23 xal olan "Varazdin" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.