top
Rövşən Nəcəf: Lisenziyalaşdırma Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək Idman.biz
17 dekabr 2025, 13:56
- ↺ +

Rövşən Nəcəf: Lisenziyalaşdırma Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək

Lisenziyalaşdırma sisteminin düzgün tətbiqi Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək.

İdman.Biz xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf klubların lisenziyalaşdırılması ilə bağlı qurumun açıqladığı hesabat barədə bildirib.

O, bu prosesin futbolun və klubların inkişafında müsbət rol oynayacağını vurğulayıb:

"UEFA-nın hər bir üzv assosiasiyası 2004-2005-ci il mövsümündən etibarən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sisteminin tətbiq olunmasına başlayıb və bu proses klubların fəaliyyətində mühüm rol oynayır. Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur, tətbiqdə bərabərlik və bitərəfliyi təmin edir. Digər assosiasiyalarda olduğu kimi, lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında da xüsusi rola malikdir. Lisenziyalaşdırma prosesi lisenziya əldə etmək üçün müraciət edən klubların nəzdində uşaq-gənclər komandasının sayının artırılmasında, infrastruktur səviyyəsinin, əməkdaşların və məşqçilərin ixtisaslarının yüksəldilməsində, həmçinin maliyyə məsələlərində müəyyən stabillik və davamlılığın təmin olunmasına dəstək olur. Klublar üçün lisenziyalaşdırma prosesi ən vacib amillərdəndir.

Klublar bu məsələ ilə bağlı öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalı və nəzərə alınmalıdır ki, lisenziyalaşdırma prosesi klubların inkişafında və stabil fəaliyyətində xüsusi rola malikdir. Görülən işləri yüksək qiymətləndirməklə bildirmək istərdim ki, lisenziyalaşdırma sisteminin düzgün tətbiq olunması futbolumuzun inkişafına müsbət təsir göstərəcək".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Bu gün, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Futbol
Bu gün, 22:42

Mançester Yunayteddə uğursuz nəticələr klub rəhbərliyinin mövqeyini sarsıdır

Futbol
Bu gün, 22:30

"Sabah"ın baş məşqçisi Dambrauskas "Araz-Naxçıvan" məğlubiyyətindən sonra hakimlik qərarlarını tənqid etdi

Digər
Bu gün, 22:27

MotoGP Valensiya mərhələsində Markesin motosikleti sprint yarışının startından əvvəl alovlandı

Futbol
Bu gün, 22:25

"Bavariya" Bundesliyada "Hamburq"la qolsuz heç-heçə etdi

Futbol
Bu gün, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 22:20

Yarımmüdafiəçi Sabuhi Abdullazadə karyerasını bitirməkdən qurtuldu, Sumqayıtın ikinci komandasında döndü

Futbol
Bu gün, 22:18

Abdalla Sima "Anje"də beş qol vuraraq "Lans"ı qələbəyə daşıdı

Cüdo
Bu gün, 22:12

"Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdu"

Futbol
Bu gün, 22:07

"Samsunspor" evdə, "Amedspor" səfərdə qalib gəldi

Futbol
Bu gün, 22:00

Real Madrid Endrikin komandada qalacağını təsdiqlədi, Milan və Roma maraqlıdır

Cüdo
Bu gün, 21:55

Madina Kaisinova Romadakı Avropa Açıq Turnirində bürünc medal qazandı

Futbol
Bu gün, 21:53

Poçettino 0:4 məğlubiyyətdən sonra birliyə çağırır

Futbol
Bu gün, 21:40

Xabi Alonso "Çelsi" çətin dönəm barədə açıqladı - Sabitlik və özünəinam çatışmır

Futbol
Bu gün, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Boks
Bu gün, 21:30

Məhəmməd Abdullayev Dünya Kubokunun yarımfinalına çatdı

Futbol
Bu gün, 21:25

Yuri Maksimov: "Araz-Naxçıvan"ın oyunçuları çatmır, "Sabah"a 0:2 hesabı ilə uduzduq

Futbol
Bu gün, 21:25

"Paderborn" "Şalke"ni 8:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 21:15

Mançester Yunayted 0:4 ilə Brentford'da məğlub oldu

Qarabağ FK
Bu gün, 21:15

Milli Azərbaycan Tarixi Muzeyində "Mir-Əli Seyidovun irsi gələcək nəsillər üçün qorunur" adlı xatirə tədbiri keçirilib

Futbol
Bu gün, 21:14

Yuri Maksimov: "Komandamız komplektləşməyib"

Futbol
Bu gün, 21:07

"Traore‑dan Yamal üçün tövsiyə: Öz yolunu seçməlidir"

Futbol
Bu gün, 20:58

"Brentford" Old Traffordda "Manchester United"ı 0:4 məğlub etdi

Oxşar xəbərlər