"Roma" "Tottenhem" müdafiəçisi Radu Draquşini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 23 yaşlı rumun futbolçuyanvarda icarə əsasında "canavarlar"a qoşula bilər.
Qeyd edək ki, Radu Draquşin karyerası ərzində İtaliyada "Yuventus" və "Cenoa" klublarında forma geyinib.