top
Rəşad Sadıqov: Bu cür 'Qarabağ'a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın Sport24.az
14 mart 2026, 22:23
- ↺ +

Rəşad Sadıqov: "Bu cür 'Qarabağ'a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın"

"Zirə" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma "Qarabağ" irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq apardılar. 2:0-da, 3:1-də ruhdan düşmədilər, ən azından bir xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da ustalıq göstərdilər ki, bütün fikirləri çempionatdadır".

 

- Komandanın 2-ci hücumçusu olsaydı, fərqli nəticə alına bilərdi? Heyətdə daha effektiv oyunçu olsaydı...

- Təbii ki. Hamımız istəyirik ki, daha yaxşı olsun. Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər.

 

- Apreldə sıx qrafikiniz olacaq...

- Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.

 

- "Zirə" digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?

- Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var. 

 

- 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?

- Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə qəbul etməliyik ki, "Kəpəz"lə matçda oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. "Sabah", "Turan Tovuz" və "Qarabağ"a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün. 

 

- "Zirə" artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin artırılmasının zamanı çatmayıb?

- Hamı istəyər. Mən istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib olan odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.


- İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikriniz necədir?

- Paltardəyişmə otağında telefonda baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2....Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı...Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:48

"Xarkov" Ukrayna klubunun "Qarabağ" futbolçusu Aleksey Kaşuk üçün rəsmi təklif irəli sürəcək

Futbol
Bu gün, 14:41

Aleksey İsayev: Debüt oyunumda külək məni az qala aparırdı

Futbol
Bu gün, 14:30

Alfadco Sisse üçün İngiltərə Premyer Liqasından maraq yarandı – Çelsi və Brayton transferdə maraqlıdır

Futbol
Bu gün, 14:24

Mahir Emreli Polşa çempionatının son 4 oyununda 3 qola töhfə verib

Futbol
Bu gün, 14:22

Beşiktaş, Juventusdan əlavə futbolçu axtarır

Güləş
Bu gün, 14:20

Bakıda qol güləşi üzrə ilk dünya komanda çempionatı 10 ölkə iştirakı ilə başlanıb

Şahmat
Bu gün, 14:19

Üç azərbaycanlı şahmatçı Monakodakı rapid və blits üzrə Avropa çempionatında yarışacaq

Digər
Bu gün, 14:15

"Bakıda ilk dünya qol güləşi komandalar çempionatı açıldı"

Futbol
Bu gün, 14:00

Du Keyruş: Rafinyaya Bənzəməyim Hətta İstirahətdə Bənzəyirəm

Futbol
Bu gün, 14:00

"Sabah"ın legioneri Mikels Çempionlar Liqasındakı hava duelindəki üstünlüyü ilə diqqət çəkdi

Futbol
Bu gün, 13:58

«Hansi Flik» “Sabah”ın qolundan sonra əsəbiləşməsini açıqladı

Futbol
Bu gün, 13:55

Real və Bayern 150 milyon avroluq Rayan Şerki transferi ilə maraqlanır

Futbol
Bu gün, 13:48

"Mahir Emrelinin Ekstraklassada qollara davam edəcək və liqanı yaxşı tanıyır"

Formula 1
Bu gün, 13:41

Corc Rassell Qətər Qran-prisində poul-pozisiya qazanaraq uğursuzluğu başa çatdırmağa çalışır

Futbol
Bu gün, 13:36

«Şamaxı» - «Qəbələ»: 13-cü turun matçının heyətləri açıqlanıb

Futbol
Bu gün, 13:25

"Şamaxı" - "Qəbələ" matçının start heyətləri açıqlandı

Futbol
Bu gün, 13:25

Niklas Fyullkruq Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

Digər
Bu gün, 13:24

Neymar Dubaylı Armaf brendi ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb

Futbol
Bu gün, 13:18

Vüsal İsgəndərli: "Millidə dəvət edilməməyimin ən böyük səbəbkarı özüməm, Abbasov haqlıdır"

Digər
Bu gün, 13:15

Kanada Rusiyalı idmançılara görə iki yarışdan məhrum edildi

Futbol
Bu gün, 13:13

"Çelsi"də uğursuz nəticələrə baxmayaraq Xabi Alonsoya dəstək davam edir

Futbol
Bu gün, 13:01

İsmail Hacıoğlu: "Atam Fənərbağça futbolçusuydu, mən isə Qalatasaraylıyam"

Futbol
Bu gün, 12:59

Sima 38 dəqiqədə penta-trikə imza atdı

Futbol
Bu gün, 12:48

"Mançester Siti" qapıçısı Donnarumma ilə yollarını ayırmağı planlaşdırır

Oxşar xəbərlər