"Real"ın futbolçusu Franko Mastantuono karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Fiorentina" yarımmüdafiəçinin icarəsi üçün Madrid klubu ilə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Argentinalı futbolçunun keçidi yaxın zamanda rəsmən açıqlanacaq.
Mastantuono ötən mövsüm La Liqada 23 oyunda 5 məhsuldar ötürmə edib.